İraqda yüz minlərlə Şiə Kərbəlaya axın edib. Həzrəti Hüseynin şəhid edilməsinin 1369-cu il dönümündə Kərbəlada yenə böyük izdihamla yad edilib.
Qadın, kişi, yaşlı və uşaq yüz minlərlə insan Həzrəti Hüseynin şəhid edildiyi anı - Kərbəla müsibətini yad ediblər.
Amma terror əndişəsi Kərbəla mərsiminə kölgə salıb. Belə terror aksiyalarının biri də Bağdadın 60 kilometr cənubundakı İskəndəriyə qəsəbəsində törədilib. Nəticədə 40 nəfər həlak olub...