Əhli-beyt (ə) məzhəbi olan şiəlik zaman-zaman sıxıntılara məruz qalmış, ictimai-siyasi səhnədən uzaqlaşdırılmış, onun təbliğatına qadağalar qoyulmuşdur. Görəsən bu, bir tarixi zərurət idimi, yoxsa haqsızlığa qarşı barışmaz mövqedə durduğu üçün zalım hakimlərin, despotların tətbiq etdiyi ənənəvi praktika? Kim bilir, bəlkə bu, Əhli-beyt (ə) adını daşımağın şərəfli imtahan yoludur. Bəlkə bu, çox da ucuz başa gəlməyən haqq yolunun yeganə dəyəridir. Amma hər halda, İmam Əlinin (ə) buyurduğu məhrumiyyətlərin biri və Əli (ə) məzlumluğunun davamı deməkdir...
Belədirsə, o zaman qoyun onlar məscidlərə getsinlər, daim bir yerdə olsunlar. Eybi yox. Amma, siz onların çox dəyərli olan vaxtını oğurlayın! Beləliklə də, onların Allahı və Rəsulunu düşünməyə vaxtları qalmasın. Qoy onların Peyğəmbər və Əhli-Beytin əxlaqını öyrənməyə vaxtları qalmasın. Sizdən istədiyim tək budur!» «Onları daim məşğul edin, Allaha olan bağlılıqları zəifləsin!» - dedi İblis. Şeytanlar cavabında: «Bunu necə edə bilərik?» - deyə soruşdular...