?Həyatınızı dünyadakı digər müsəlman qardaşlarla bölüşün?
Misirdəki ?Müsəlman Qardaşlar? (İxvənul Muslimin) hərəkatı özlərinə aid ictimai şəbəkə saytı yaradıb. ?Facebook?a bənzəyən saytın adı ?İkhwanbook?dur. ?Həyatınızı dünyadakı digər müsəlman qardaşlarla bölüşün? şüarı ilə fəaliyyət göstərən saytın məqsədi xoşməramlı İslam düşüncəsini təbliğ etməkdir.
Saytın yaradıcıları ?İkhwanbook?un İslami dəyərlərə çox hörmət göstərdiyini, burda foto-şəkil istifadəsinin məhdud olduğunu, şəxsi həyata dair sualların daha az olduğunu bildirib.
?Müsəlman Qardaşlar? məqsədlərinin heç də dünyadan uzaqlaşmaq və ya ?Facebook?la rəqabət aparmaq olmadığını bildirib.
Qeyd edək ki, bəzi müsəlmanlar ?Facebook?da İslam əleyhinə olan qrupların bağlanmaması səbəbilə bu saytı tənqid edir.
?Müsəlman Qardaşlar? üçün internet, Misirdə onların əlindəki məhdud rabitə vasitələrindən biridir. Hərəkatın fəaliyyəti isə rəsmi olaraq qadağandır. Bu səbəblə qəzet nəşr edə və ya telekanal aça bilmirlər. Bəzi təşkilat üzvləri isə hökumətin bu şəbəkə vasitəsilə axtarışda olan hərəkatçıları tapması ehtimalına görə təşvişə düşüblər.
Sayt bir müddətdir sınaq məqsədli fəaliyyət göstərir. Adminstratorlar isə hesab edir ki, sayt istifadəyə açıldığı vaxt ona üzv olanların sayı sürətlə çoxalacaq.
Gorsez ki, agir can verirem fani cahanda, Evvelce mene,ayeyi Qur'an oxuyarsiz. Gorsez ki,gozum hesret ile yollara dikilib, Onda fereci-Sahibi-Dovran oxuyarsiz...