| |
|
|
| |
| Sayt sahibi olmaq istəyənlərə |
|
Indi saytda olanlar:
Istifadəçilər: 0
Axtariş robotları: 2
Qonaqlar: 32
Indi saytda: 34
Saytda sonuncu olanlar:
Son 20 Istifadeci: 20
|
| Bazar Ertəsi | 1178 |
| Cərşənbə Axşamı | 1223 |
| Cərşənbə | 1262 |
| Cümə Axşamı | 1155 |
| Cümə | 1120 |
| Şənbə | 1112 |
| Bazar Günü | 1033 |
|
| Cəmi Hit: | 24448 |
| Cəmi Host: | 264742 |
| Sizin Rekord: | 1684 |
|
| Ay üzrə Top10 Şərh yazanlar |
|
| Xeyriyyə buccəmizə pul kocur |
|
|
|
| |
|
|
|
|
ZÜHURUN TEZLƏŞMƏSİ ÜÇÜN ?Mənim zühurumun tezləşməsi üçün çox dua edin.Həqiqətən də sizin nicatınız mənim zühurumdadır? (İmam Mehdi) Sonuncu imamımız Həzrət Sahibəzzamanın zühurundan öncə o cənabın davamçılarının bir sıra vəzifələri vardır.Bunlar mə`sum imamlarımızın vasitəsilə bizə gəlib yetişən hədislərdən əldə olunmuşdur.Sizlərə təqdim etdiyimiz bu kiçik yazımızda bizim öhdəmizdə olan və onları yerinə yetirmək iman vəzifəmiz,kamil imanın nişanəsi olan vəzifələrin bir neçəsinə qısaca işarə edəcək və zühur üçün dua etməyin insana hansı faydaları olduğunu ?İstək duaları? kitabından sizlərin diqqətinə çatdiracağıq.Qeyd edək ki,adı çəkilən kitabın müəllifi aşağıda yazacağımız faydaları İmam Zamanın (Allah onun mübarək zühurunu tezləşdirsin) göstərişi əsasında yazılan ?Mikyalul-məkarim? kitabından götürmüşdür. İlk öncə qeyd edək ki,imamımızın qeybə çəkilməyi dedikdə məqsəd, Həzrətin yer üzündə olmamağı deyil.İmam yer üzündədir.O, bizim aramızdadır və bə`zi hədislərdə də bildirildiyi kimi küçə-bazarlarda,cəmiyyət arasında hərəkət edir,amma kimsə onu tanımır.Həzrət hər il həcc mövsümündə iştirak edir,amma özünün məsləhət bildiyi kimsələrdən savayı heç kim onu tanımır.Qeybəçəkilmə dedikdə məqsəd imamın aşkar şəkildə imam olaraq tanınmaması və insanların onu bir-birilərini tanıdıqları kimi tanıya bilməmələridir.
İndi isə,qısaca olaraq vəzifələrimiz barədə: 1-Dua;
İmam Mehdi(ə.f.) qeybdə olarkən o cənabın davamçıları onun mübarək vücudunun bəlalardan qorunması və tezliklə zühur etməsi üçün dua etməlidirlər.Özü də bu dua həzrətin özünün buyurduğu kimi ara-sıra deyil,davamlı və çox olmalıdır.Bu sahədə rəvayətlərdə çoxlu sayda dualar varid olmuşdur ki,onlardan ?Fərəc? (?Allahummə kun li vəliyyik...?), ?İlahi əzuməl bəla...?, ?Allahummə əccil li vəliyyikəl fərəc?, ?Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və əccil fərəcəhum? kimi dua və zikrləri demək çox faydalıdır.
2-Zühurdan öncəki fitnə fəsadlardan amanda qalmaq;
İmamımızın qeyb dövründə iman əhli dəhşətli fitnə-fəsad tufanları ilə üzbəüz olacaqlar.Bundan xilas olmaq çox çətin olacaqdır.Hədislərimizdə bu dövrün camaatının halının çox acınacaqlı olacağı bildirilmişdir.Bu zamanın imanlılarının çoxu öz imanlarını itirəcək,imansızları öz batini kafirliklərini daha da artıracaqlar.Hədislərimizdə bu fəsadlardan imanı qorumaq üçün bir sıra yollar göstərilmişdir.Biz bunlara əməl etməklə zühura kimi imanımızı qoruyub saxlaya bilərik.O cümlədən,qeyb dövründə möminlərə sifariş olunmuşdur ki,imanlarını qorumaq üçün ?Qəriq? duasını oxusunlar.Bu duanın əhəmiyyəti haqda yalnız onu qeyd etmək kifayətdir ki,İmam Sadiq(ə) bu duanı oxuyanlardan savayı hamının öz yolunu azacağını buyurub (Əlbəttə ki,digər şərtlərə riayət etmək şərtilə).İmanı qorumaq üçün daha mühüm vasitələrdən biri təqvalı olmaqdır.?Təlaq? surəsində də bildirildiyi kimi təqva,pərhizkarlıq nicat amilidir.Təqva insanın müxtəlif (maddi və mə`nəvi) problemlərdən xilas yoludur.Qeyb dövründə nəfsi təhdid edən fitnələr və sınaqlarla üzləşərkən hər birimizin dinimizin göstərişlərindən möhkəm yapışmalıyıq.Günahların tərki uğrunda daim öz nəfsi ilə mübarizədə olan insan bütün zamanlarda Allah və onun yer üzündəki höccətinin yanında üzüağdır.
3-Hüznlü olmaq;
İnsan haqq imamın aşkar olmamasına görə daim məhzun olmalı,bir an da olsa imamını unutmamalıdır.Mömin insan bütün fəsadların,bəlaların,qətl-qarətlərin,qantökmələrin imamın zahirdə olmadığından qaynaqlandığını bilir.Ona görə ki,imam aşkar olarsa,heç kimə zərrə qədər belə zülm olunmaz,kimsənin haqqı tapdalanmaz,məzlumların qanı tökülməz,evlər viran qalmaz. Daim Ahli-beytə sevgidən dəm vuran biz möminlər görəsən gün ərzində nə qədər Əhli-beytin sonuncusunun(ə.f.) fikrindəyik? Amma onu da qeyd edək ki,hüznlü olmaq dedikdə məqsəd,insanın digər şəxslərlə soyuq rəftarı,insanlarla əlaqəni kəsməsi demək deyildir.Dediyimiz hüzn qəlbəxas həqiqi bir haldır,saxta,zahiri və məcburi deyil.
4-İntizar;
Hədislərdə bildirilmişdir ki,ibadətlərin ən üstünü imamın gəlişinin intizarında olmaqdır.Müntəzir insana hədislərdə Həzrətin döyüş çadırında şəhid olan insanın məqamı kimi bir məqam verilmişdir.Amma bu məsələyə diqqət edilməlidir ki,o insan həqiqi müntəzir sayılır ki,əqidəsini əməlilə birləşdirmiş olsun və həzrətin gəlişinə müxtəlif sahələrdə zəmin hazırlasın.Müntəzir insan passiv deyil.Onun intizarı quru deyil.Bu intizar özü ilə vəzifələrə əməl etmək gətirən bir e`tiqaddır.Görəsən hörmətli bir qonağın intizarında olan şəxs heç bir hazırlıq görmədənmi onun pişvazına çıxar?!
5-İmami-Zamanın salamatlığı üçün sədəqə vermək;
Sədəqənin çox mühüm faydaları vardır.Bu haqda çoxlu sayda hədislərimiz var.Hədislərdə bildirildiyi kimi sədəqə ömrü uzadır,bəlaları uzaqlaşdırır,ruzini çoxaldır.İmami-Zamanın salamatlığı üçün sədəqə verən şəxs eyni zamanda qeyd olunan məziyyətlərdən də bəhrələnir.
İndi isə gəlin imamın zühuru üçün dua etməyin faydaları ilə tanış olaq:
1-Bu dua intizar nişanəsidir. 2-Bu dua ilə imamların əmri yerinə yetirilir. 3-İnsanı zühurdan öncəki bəlalardan qoruyur. 4-Digər duaların qəbuluna səbəb olur. 5-Günahların bağışlanmasına səbəb olur. 6-Zühurun tezləşməsinə səbəb olur. 7-İmami-Zaman həmin şəxsə dua edir. 8-İmamı-Zamanı görməyə müvəffəq olur. 9-Ömrün uzanmasına səbəb olur. 10-Peyğəmbər(s) bu duanı oxuyana dua edir. 11-Allah ona ibadətlərində kömək olur. 12-Bu dua Allahı xoşhal edir. 13-Əməllərin ən yaxşısıdır. 14-Qəm-qüssəni uzaqlaşdırır. 15-İmanın kamilləşməsinə səbəb olur. 16-Bu dua nemətləri çoxaldır. 17-Ruzini çoxaldır. 18-Günahları bağışlandırır. 19-Bu dua ilə insan Qur`ana tərəf hidayət olunur. 20-Bu duanı oxuyan qiyamət günü həzrət Zəhranın(ə) şəfaətinə nail olacaq.
Əziz mömin bacı-qardaşlarımız,Allah imanımızı kamil etsin.Biz axirəzzaman fitnələrində böyük tufanlar içində kökləri hələ bərkiməmiş cavan bir ağac kimiyik.Özümüzü,imanımızı ilahi təqva və məsumlara qəlbi və əməli təvəssül etməklə qoruyaq.Məxsusən gündəlik əməllərimizdə zamanın imaminin razılığını nəzərə almalıyıq.Gəlin öz qədrimizi bilək.Görün islam Peyğəmbəri(s) bu zamanın möminləri barədə nə buyurur! ?Tezliklə elə bir qövm gələcək ki,onların hər birinin mükafatı sizin əlli nəfərinizin mükafatına bərabər olacaq?. Səhabələr təəccüblə: ?Ya Rəsulallah,biz Bədr,Hüneyn,Ühüd kimi döyüşlərdə iştirak etməmişikmi,bizim şənimizə ayələr nazil olmamışmı?!?-deyə soruşdular. Həzrət buyurdu: ?Onların üzləşdikləri çətinliklərlə siz üzləşsəydiniz,onlar kimi səbir edə bilməzdiniz?. M.Şahmərdanlı Son Ümid jurnalı muellif PIKASSO redakte etdi HESENZADE
Hələlik Təşəkkür Edən Olmayıb
|
|
| |
|
| |
|
|
| |
|
|
Be ismi Teala.Selamun Aleykum her kese.Mexsuse Allahin yer uzerinde nezer etdiyi shexse. Ezizler bir defe bir defe ustadim sohbetinde dedikiAgamiz Imami Zaman (e.f) zuhur edib sadece gerek biz ozumuzun gozlerin teqvayla mualice edekki onu gore bilsin gozler.Kim istese AGAni gore biler.Day burada ferq yoxdu ki,mexsusi filankesler gore biler eger gozlerimizi mualice ede bilerikse.Duzdu umumilikde mexsusilik vardir o mexsusilikki Teqvalilar gore biler.Ama yene deyirikki her bir teqvali gore biler.Buyur teqvali olda AGAni gorde.Kim istese buyura biler inseAllah ele ilk mende gerek teqvali olam.Gormek isteyen gore biler.Her kes aciq Kosmosa cixa biler ama gerek isteyesen.Yani Istemek odurki amalin uzerinde calishasan.Calishmasan menzile yetishe bilmezsen.Birde bu Zuhurun Teeccil olmasinki istiyirik Aga deyirdiki burda Allahdan Ozummuzun ADAM olmasin istiyirik Allahdanki AlLLAHim bize Tofiq inayet etki biz heqiqi momin olaq ve Senin Haqqni gore bilek. Eger bir Xetam varsa Uzurlu bilin EZIZLERIM. |
|
|
|
|
|
| |
| Я: Qonaq |
Qeydiyyat: -- |
Nəşr sayı: 0 |
Fikirləri: 0 |
|
| |
|
|
| |
|
|
Allah razi olsun. Agacan babanin wehadetide kechdi amma sen yene gelmedin. Aga canimiz feda olsun sene, ne olar ki bizede bir nezer salasan. Bu xeste nefslere nicat veresen.
--------------------
ZİLLƏT BİZDƏN UZAQDIR |
|
|
|
|
|
| |
| Я: İstifadəçi |
Qeydiyyat: 10.06.2009 |
Nəşr sayı: 31 |
Fikirləri: 400 |
|
| |
|
|
| |
|
| #3: nuriyye | 1 Sentyabr 2010 03:56 |
|
Allahumme selli ale Muhemmedin ve eli MUhemmed
--------------------
Ali(e) seven ureklerin hemiselik sefasi var Cahanda hansi milletin Ali kimi agasi var?! |
|
|
|
|
|
| |
| Я: İstifadəçi |
Qeydiyyat: 15.09.2008 |
Nəşr sayı: 0 |
Fikirləri: 184 |
|
| |
|
|
| |
|
|
Salam Aleykum Cumlemize! Melumata gore derin tesekkurler! ALLAH sizden razi olsun! 
--------------------
«Bedenleriniz dünyanı terk etmemiş qelbleriniz dünyanı terk etsin. Siz dünyada imtahana çekilirsiniz ve dünya üçün yaradılmamısınız».Ali(a.s) |
|
|
|
|
|
| |
| Я: İstifadəçi |
Qeydiyyat: 28.08.2010 |
Nəşr sayı: 0 |
Fikirləri: 61 |
|
| |
|
|
| |
|
| #5: Aytish | 1 Sentyabr 2010 06:48 |
|
Salam Aleykum. Meqaleni paylashdıgınız ucun cox sag olun. ALLAH sizden razı olsun. İNSHAALLAH faydalananlardan olarıq.
--------------------
YA ALI!!! |
|
|
|
|
|
| |
| Я: Galirli istifadeci |
Qeydiyyat: 7.09.2009 |
Nəşr sayı: 11 |
Fikirləri: 421 |
|
| |
|
|
| |
|
|
BE NAME XUDA! Qaim 2 defe qeybe cekiler: 1-ci qisa(qeybi sugra), 2-ci(qeybi kubra)...1-ci defe qeybe cekilende onun yerini ancaq o Hezretin(e.f)xas sieleri biler...2-ci qeybde ise onun yerinden o Hezretin(e.f) din yoldaslarinin xaslarindan basqa hec kesin xeberi olmaz...ALLAH bizi intizarinda oldugumuz Agamizin(e.f) terefdarlarindan olmagi nesib edib onun terefdarlarindan olma xosbextliyine nail olacaq qeder imanimizi ve teqvamizi kamillesdirsin insaALLAH...ALLAH razi olsun insaALLAH cox deyerli movzudu... |
|
|
|
|
|
| |
| Я: Galirli istifadeci |
Qeydiyyat: 30.07.2010 |
Nəşr sayı: 0 |
Fikirləri: 307 |
|
| |
|
|
| |
|
| #7: Nevvab | 1 Sentyabr 2010 08:30 |
|
Bismillahir rahmanir rahim.....evvela Aganin(e.f) zuhurundan evvel bir duwunek..ki onun edaletine doze bileceyik biz ya yox...haziriq mi dogurdanda mi Aganin(e.f) shielerindenik ya yox?.....Malimizi...Canimizi onun yolunda feda etmeye haziriq mi....Ona gore sevdiklerimizden...din ehli olmayan tanishlarimizla...ola biler ele oz cahil valideynlerimizle duwmmen olmaqa haziriqmi....eger Aga dese bu evini sat ehsan ele 4un ki haram yolla qazalinib bu ederik mi? ve ya bu mawinini hediyye et beytul mala...buna razi olariq mi....ve indi unutmayin her gun uzumuze gulen bir 4ox insanlar var ki onlarin mehebbeti gebimize Allaha gore yox sadece bir ne4e exlaqi deyere gore salmiwiq bax onlar Zuhur dovru bize duwmen kesilecek onlarin sevgisin gelbimizden ata bilerik mi.....burda 4oxmeqamlar var.....yalniz....Aganin(e.f) geliwini intizarinda olan wexs....lazim deyil gece gunduz dua oxusun sadece gunun ele yashasin diqqet elesin yediyine i4diyine qazandigina harda ve kimle vaxtini ke4irtmeyine...InwaAllah Allah hamimizi heqiqi shielerden qerar versin......
--------------------
Allah yolunda oldurulenleri hec de olu zenn etme! Esl heqiqetde onlar diridirler. Onlara Rebbi yaninda ruzi eta olunur.(Ali Imran:169) |
|
|
|
|
|
| |
| Я: İstifadəçi |
Qeydiyyat: 26.07.2010 |
Nəşr sayı: 0 |
Fikirləri: 268 |
|
| |
|
|
| |
|
|
allahim iki gedri yola saldiq umudimiz 23-cu geceyedi... aga ya movla ya sahibezzaman edrikni...
--------------------
Gorsez ki, agir can verirem fani cahanda, Evvelce mene,ayeyi Qur'an oxuyarsiz. Gorsez ki,gozum hesret ile yollara dikilib, Onda fereci-Sahibi-Dovran oxuyarsiz... |
|
|
|
|
|
| |
| Я: İstifadəçi |
Qeydiyyat: 2.06.2010 |
Nəşr sayı: 3 |
Fikirləri: 142 |
|
| |
|
|
| |
|
| #9: Pikasso | 10 Sentyabr 2010 09:17 |
|
Bismillahir-rehmanir-rehim. Allah ceminizden razi olsun inshaAllah.Aghamizin zuhurunu tezleshdirsin.
Allahumme accil li veliyyikel ferec.
--------------------
Qelb Allahin evidir. Ondan bashqasina orda yer verme. |
|
|
|
|
|
| |
| Я: İstifadəçi |
Qeydiyyat: 14.11.2009 |
Nəşr sayı: 25 |
Fikirləri: 286 |
|
|
Məlumat |
|
| |
|
|
|
 |
|
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
|
|
|
|
|
| |
|
|
| |
| SizcЙ™ hansД± daha yaxЕџД±dД±r ? hЙ™m qiymЙ™t hЙ™m keyfiyyЙ™t hЙ™m imkanklar cЙ™hЙ™tdЙ™n |
|
| Ay üzrə Top10 Xəbər yazanlar |
|
|
|
| |
|
|
|