Səni dəhşətə salan qorxu ilə və öz zəif bədəninlə Sirat körpüsünün üzərindən keçməyini təsəvvür et! Əgər qəzəbə tuş gəlmiş və bağışlanmamısansa, birdən-birə ayağının Siratdan sürüşdüyünü görərsən.
Allahu-Təala bütün mövcudatlardan ehtiyacsızıdr. Şübhəsiz ki, kim günah iş görüb zülm etsə cəhənnəmə layiqdir. Yalnız hər bir insan gərək öz gözəl əməlləri ilə Onu sevindirməli və nemətlərinə isə şükr etməlidir. O nemətlərdir ki, sayı, dəyəri, hesabı, qiyməti bilinməz və dərk edilməzdir.