Eyyub Peyğəmbər
Həzrəti İbrahimin nəslindən bir peyğəmbər: Eyyub (ə. s.) (İbrahimə) İshaqı, Yaqubu bağışladıq; hər birini doğru yola yönəltdik. Əvvəl də Nuh və onun soyundan Davudu, Süleyman, Eyyub, Yusuf, Musa və Harunu (ki, işlərini yaxşı görənlərə belə əvəz veririk), Zəkəriyyə, Yəhya, İsa və İlyası (ki, hamısı yaxşılardandır), İsmail, Elyesa, Yunus və Lutu (ki, onların hamısını dünyalara üstün qıldıq) doğru yola çatdırdıq. Atalarından, nəsillərindən, qardaşlarından bəzilərini seçdik və doğru yola yönəltdik.Bu, Allahın Öz bəndələrindən istədiyini yönəltdiyi doğru yoludur. Onlar bütə sitayiş etsələr, əməlləri puç olar.Kitab, hökm və peyğəmbərlik verdiklərimiz bunlardır. Kafirlər onları inkar etsələr, onlara inkar etməyən bir milləti vəkil edərik.Budur, bunlar Allahın doğru yola yönəltdikləridir; onların yoluna tabe ol. De ki, sizdən bunun müqabilində bir əvəz istəmirəm, bu sadəcə olaraq hamı üçün bir xəbərdarlıqdır (Ənam, 6/84-90)
Hud Peyğəmbər
Hud peyğəmbərin (ə. s.) missiyası Ad qövmünə qardaşları Hudu göndərdik. O, belə dedi: ?Ey qövmüm! Allaha ibadət edin. Ondan başqa tanrınız yoxdur. Siz sadəcə olaraq uydurursunuz? (Hud, 11/50).Qardaşları Hud onlara: ?Siz qorunmaq istəmirsinizmi?, - demişdi. ?Mən sizə göndərilmiş etibarlı bir elçiyəm.Allahdan qorxub çəkinin və mənə itaət edin.Mən sizdən bunun müqabilində bir şey istəmirəm. Mənim əvəzim ancaq varlıqların sahibinə aiddir? (Şüəra, 26/124-127)
Yaqub Peyğəmbər
Yaqub peyğəmbərin (ə. s.) vəsiyyəti Özünü səfehliyə vurandan başqa kim İbrahimin dinindən üz çevirər? Həqiqətən, biz onu dünyada ikən seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisaleh olanlardandır!Rəbbi ona: ?Təslim ol!?, - dedikdə, o: ?Aləmlərin Rəbbinə təslim oldum!?, - dedi. İbrahim bunu oğullarına vəsiyyət etdi. Yaqub da belə dedi: ?Ey oğullarım! Bu dini sizə Allah seçdi. Siz də başqa cür deyil, sadəcə olaraq özünüzü Ona vermiş olaraq can verin.
İshaq Peyğəmbər
Siz belə deyin: ?Biz Allaha, bizə göndərilənə, İbrahim, İsmail, İshaq, Yaqub və onun övladlarına nazil edilənlərə, Musa və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə onların birini digərindən ayırmadan inandıq. Biz Allaha təslim olan kəslərik!? (Bəqərə, 2/136).
Davud Peyğəmbər
Həzrəti Davud (ə. s.) Yaqub peyğəmbərin (ə. s.) oğlu Yəhudanın nəslindəndir. İşmuilin (ə. s.) (Şemuel: Samuel) ölümündən sonra ona peyğəmbərlik verilib. Qayınatası Talutun ölümündən sonra İsrail oğullarının hökmdarı olub.
Adəm Peyğəmbər
?Onlara Adəmin iki oğlunun əhvalatını doğru olaraq danış: Onların hər biri bir qurban təqdim etmiş, birininki qəbul edilmiş, digərininki edilməmişdi. Qurbanı qəbul olunmayan: ?And olsun ki, səni öldürəcəyəm?, - deyəndə qardaşı: ?Allah ancaq müttəqilərin qurbanını qəbul edər?, - demişdi (Maidə, 5/27)?. ?Sən məni öldürmək üçün mənə əl qaldırarsan, mən səni öldürmək üçün sənə əl uzatmaram; çünki mən aləmlərin Rəbbi olan Allahdan qorxuram?. ?Mən sənin həm mənim, həm də öz günahını götürüb cəhənnəmliklərdən olmağını istəyirəm. Zülm edənlərin cəzası budur?.
Lut Peyğəmbər
Lut elçilərdən (peyğəmbərlərdən) biridir (Saffat, 37/133).Lut milləti də
elçiləri inkar etmişdir (Şüəra, 26/160).