.
Saytın loqosu
Muselmanlarin birlesdiyi sayt » Xəbərlər » Mir Cəfər Bağırov kimdir?
 (Votes #: 5)
Xəbərlər15-04-2011, 15:59
- . , .
, .
, . . , , .
.

, . , , , .
- , , .

, . . , .

, - , , , .
Mir Cəfər Bağırov kimdir?


Salamun Aleykum, Əziz mömin bacı ve qardaşlar. Mövzünü yazmamışdan əvvəl hər birinizdən xahiş edirəm ki, bu barədə əlinizdə lazımi məlumat varsa əlavə edəsiniz, yoxdursada çox xahiş edirəm ki, ixtilafa sebeb olmuya ixtilaf yaratmıyasınız. Fikirlərimə hörmətlə yanaşdığınız üçün əvvəlcədən təşəkkür edirəm...Bu yazdıqlarımıda tarixi faktlara əsaslanıb yazıram...

Azərbaycana rəhbərlik etmiş şəxslər içərisində M.C.Bağırovun (1933-1953) fəaliyyətinə oxucuların marağının daha böyük olması təbiidir. Çünki onun respublikaya başçılıq etdiyi dövr XX əsr Azərbaycan tarixinin ən ziddiyyətli və ən çətin dövrlərindən birini təşkil edir. Uzun illər M.C.Bağırova aid kitab və məqalələr yazmaq yasaq edilmişdi. M.C.Bağırov fenomeni, hər şeydən əvvəl, ona görə səbrlə öyrənilməlidir ki, azərbaycan fenomenidir, milli həyatımızın məhsuludur, 30 il bu xalqa rəhbərlik edib və onu ancaq ?xalq düşməni? kimi tanımaq, əslində tanımamağa bərabərdir.
M.C.Bağırov 1896-cı ildə Quba şəhərində anadan olmuşdur. İbtidai məktəbi bitirdikdən sonra Petrovski (indiki Mahaçqala) şəhərində pedoqoji kursda təhsilini davam etdirmişdir. 1915-ci ildən sonra Xudat stansiyasındakı kənd məktəbində müəllim işləmiş və daha sonra Qubada ibtidai məktəbə müdirlik etmişdir. 1917-ci il fevral burjua inqilabına qədərki dövr M.C.Bağırovun fəaliyyətinin ən mürəkkəb dövrüdür və bu dövr haqqında məlumat çox azdır.
Elədiyi qəddarlıqlar haqqda qısaca olaraq.
Azərbaycana 20 ilə qədər rəhbərlik etmiş M.C.Bağırovun bir çox səhvləri, günahları və hətta cinayətləri danılmazdır. Repressiya dövründə və sonrakı illərdə yüzlərlə günahsız insanın həbsxanalara salınması, məhv edilməsi faktlarını inkar etmək mümkün deyil. M.C.Bağırovun ürəyində heç bir nazikliyə, incəliyə, kövrəkliyə yer yox idi. M.C.Bağırov respublika maarif naziri Məmməd Cuvarlinski kinofoto sənayesi idarəsinin rəisi Qulam Sultanovu şəxsən özü güllələmişdi. 37-38-ci illərdə Mir Cəfər Bağırovun şəxsi rəhbərliyi və fəaliyyəti nəticəsində xalq düşməni kimi (10 minlərlə insan) ifşa olunub güllələndi. Bütün Azərbaycan 37-38-ci illərdən sonrakı Mir Cəfər Bağırovun əlində idi. Əlbəttə, Mir Cəfər Bağırovun özü də 37-38-ci illərdən sonrakı bütün yüksək vəzifəli partiya və dövlət xadimlər kimi yoldaş Stalinin ovcunda idi, amma yoldaş Stalinin özünün də Mir Cəfər Bağırova ehtiyacı var idi; bütün Azərbaycan Mir Cəfər Bağırovdan qorxurdu. Mir Cəfər Bağırov Azərbaycanın hökmdarı idi, amma əli-uzun idi, lazım olanda gedib Moskvaya da çatardı. 37-38-ci illərdə xalq düşməni kimi ifşa olunub güllələnmişlərin sırasında Ruhulla Axundov, Mikayıl Müşfiq, Əhməd Cavad, Hüseyn Cavid, Əliheydər Qarayev, Qəzənfər Musabəyov, Dadaş Bünyadzadə, Sultan Məcid Əfəndiyev, Ayna Sultanova, Hüseyn Rəhmanov, Həmid Sultanov, Məmməd Cuvarlı, Aleksandr Serebrovski, Vladimir Polonskoqo, Həmid Sultanov, Mixail Nikitin, İsa Dövlətov, Hüseyn Rəhmanov, Mixail Barinov və b. var idi.

Haqqında olan müsbət rəylər.

Son vaxtlara kimi M.C.Bağırovun fəaliyyətinin əsasən mənfi tərəflərinin tədqiq olunması, müsbət tərəflərinin diqqətdən kənarda qalması təəssüf doğurmaya bilməz. Çünki bu görkəmli dövlət rəhbərinin fəaliyyətində müsbət cəhətlər də az olmamışdır. Məsələn, Azərbaycan xalqının bütövlükdə sürgündən xilas edilməsi, 1945-ci ildə DQMV-nin Ermənistana verilməsini tələb edənlərə və Azərbaycana qarşı ərazi iddiası edən gürcü millətçilərinə tutarlı cavablar verilməsi, erməni saxtakarlarının azərbaycanlılara qarşı irəli sürdüyü təxribatların qarşısının alınması, Kerç ətrafında minlərlə azərbaycanlının ölümü ilə nəticələnmiş səhv hərbi əməliyyatdan sonra Stalinin ən çox etibar etdiyi generallardan olan Mexlisin onun təkidi ilə vəzifədən azad edilməsi, milli diviziyaların təşkili və s. müsbət işlər buna misal ola bilər.

1933-cü ildə M.C.Bağırovun Azərbaycana rəhbər təyin olunmasının və bu vəzifədə erməni Rubeni əvəz etməsinin bir sıra pozitiv cəhətlərini görməmək mümkün deyil. Fikrimizcə, dövrün ziddiyyətlərinə baxmayaraq, bu təyinat respublikanın həyatında müəyyən mənada müsbət rol oynamışdı. Əgər repressiyaların tüğyan etdiyi 1937-1938-ci illərdə M.C.Bağırovun yerinə erməni Ruben Azərbaycana rəhbərlik etmiş olsaydı, faciələrin miqyası daha geniş olar, müharibə dövründə digər müsəlman xalqlarla birlikdə Azərbaycan xalqının elliklə Orta Asiyaya, Qazaxıstana sürgün olunması və Azərbaycan xalqı əleyhinə çevrilmiş bir sıra digər təxribatlar həyata keçərdi. Çox güman ki, onda Cənubi Qafqazın indiki etnik və siyasi vəziyyəti tamam başqa cür olardı. Yəni Göyçə, Zəngəzur və digər torpaqlarımızla yanaşı, bütünlükdə vətənin itirilməsi təhlükəsi yarandığından indiki müstəqil Azərbaycan Respublikasının mövcudluğu da mümkün olmazdı. Deməli, M.C.Bağırovun Azərbaycan xalqını sürgündən qurtarmaq kimi tarixi xidməti müəyyən mənada həm də gələcək dövlətçiliyin qorunub saxlanmasında, həmçinin sonradan müstəqil Azərbaycan Respublikasının yaranmasında mühüm rol oynamışdır. M.C.Bağırov müharibə dövründə bütövlükdə Azərbaycan xalqını sürgün olunmaqdan qurtara bilsə də, 1948-1953-cü illərdə Ermənistanda yaşayan soydaşlarımızın deportasiya olunmasının qarşısını ala bilmədi. Lakin buna baxmayaraq müharibədən sonrakı illərdə o, erməni saxtalaşdırıcılarının xalqımıza qarşı irəli sürdükləri ideoloji təxribatların dəf edilməsi sahəsində mühüm işlər görmüşdür. Bu dövrdə ermənilər M.C.Bağırova xoş gəlmək üçün ona şerlər qoşmuş, Qafan seçki dairəsindən SSRİ Ali Sovetinə deputatlığa namizədliyini irəli sürmüşdülər. M.C.Bağırov bütün bu erməni hiyləgərliyinin arxasında nələrin gizləndiyini dəqiq bilir və onların məkrli niyyətlərinə qarşı barışmaz mübarizə aparırdı. İranda olan vətəndaş müharibəsi, Pişəvəri haqda olan məsələlər haqda yazmıram ki, başqa bir söhbət olmasın... Pisəvərini dəstəkliyən, Stalinin icazesin alan mehz Baqirovdur...
İnkişafda olan rolu.
Sənaye sahəsində M.Bağırovun bu dövrdəki fəaliyyəti nəticəsində Bakı neft sənayesinin hərtərəfli inkişafı ilə yanaşı, başqa sənaye sahələri də inkişaf etmiş, yeni-yeni fabrik və zavodların (Bakı Neftayırma zavodu, Bakı Elektrik maşınqayırma zavodu, Bakı Soyuducu kombinatı, Bakı biskvit fabriki, Qaradağ sement zavodu, Gəncə toxuculuq kombinatı, yağ-piy zavodu, Sumqayıt istilik elektrik stansiyası, Boru prokat zavodu, Sintetik kauçuk zavodu, Mingəçevir su elektrik stansiyası) tikilib istifadəyə verilmiş, bir sıra yeni neft yataqları və mədənləri (Lökbatan, Neft daşları, Zığ) kəşf olunmuşdur. Nəticədə neft hasilatı və emalı daha da artmış və yeni yaradılmış sənaye müəssisələri məhsul verməyə başlamışdır. Kənd təsərrüfatında əkinçilik, pambıqçılıq sahələri genişlənmiş, subtropik bitkiləri əkilməyə başlamış, süni suvarma kanalları çəkilmiş və Azərbaycan tarlalarında traktorlar, kombaynlar və s. texnika işləməyə başlamışdır. Azərbaycan kəndinin siması dəyişmiş, kənd təsərrüfatı məhsullarının inkişafı xeyli artmışdır.
M.Bağırovun bilavasitə rəhbərliyi altında tikinti işləri sürətlə aparılmış, Bakıda Nazirlər Kabinetinin binası, hökumət evi, Nizami adına kinoteatr, Şəhriyar adına mədəniyyət evi, xalça muzeyi, Respublika stadionu və s. tikilib istifadəyə verilmişdir.
Onun hakimiyyəti illərində Azərbaycan Elmlər Akademiyası və onun bir sıra institutları, Azərbaycan Politexnik İnstitutu və s. ali və orta məktəblər şəbəkəsi istifadəyə verilmişdir.
Bağırov respublikanın kadr məsələsinə də böyük fikir verirdi. Ali və orta ixtisas məktəblərinə ildən-ilə tələbələrin qəbulunun artmasına, partiya və dövlət işlərində çalışacaq kadrların hazırlanmasına, xalq təsərrüfatının müxtəlif sahələri üçün mütəxəssislərin təkcə respublika deyil, Moskva, Leninqrad, Kiyev və s. şəhərlərdə hazırlanmasına xeyli əmək sərf etmişdir.
M.Bağırov Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin inkişafı sahəsində də xeyli iş görmüşdür. Onun dövründə Azərbaycanın şəhər və kəndlərində teatrlar, klublar, mədəniyyət evləri, kitabxanalar tikilib xalqın istifadəsinə verilmişdir. Şair, yazıçı və bəstəkarlar yeni-yeni əsərlər yazmış və yüksək mükafatlara layiq görülmüşlər.
M.Bağırovun başçılığı ilə Sumqayıt, Mingəçevir, Əli Bayramlı, Daşkəsən kimi yeni sənaye mərkəzləri salınmış, onlarla yeni-yeni fabrik və zavodlar, maşınqayırma müəssisələri yaradılmışdır.
1941-1945-ci illər Böyük Vətən müharibəsi zamanı M.Bağırov alman-faşist işğalçılarına qarşı mübarizəyə və qələbəyə Azərbaycan fəhlələrini, kəndlilərini və ziyalılarını var qüvvəsi ilə səfərbər etmişdir. Azərbaycan milli diviziyalarının yaradılması işinin təşkilatçısı olmuşdur. Eyni zamanda o, ön cəbhəni yanacaqla təmin etmək üçün neft çıxarılmasını və neft məhsulları, döyüş sursatları istehsalının artırılması, kənd təsərrüfatının və heyvandarlığın inkişaf etdirilməsi, Azərbaycanın döyüşən ordunun cəbbəxanasına çevrilməsində səylə çalışmışdır. 1943-cü ildə düşmənə tezliklə qələbə çalmaq üçün çoxlu yanacaq tələb olunurdu. Bu zaman müharibəyə çağırılmış Bakı neftçiləri M.Bağırovun təşəbbüsü ilə geri, öz işlədikləri mədənlərə qaytarılması məsələsi sovet hökuməti qarşısında irəli sürülmüşdür. Dövlət Müdafiə Komitəsi onun təşəbbüsü əsasında neftçilərin ordudan geri çağırılması haqqında xüsusi qərar qəbul etmişdir. Bilavasitə onun rəhbərliyi altında Bakı neftçiləri 1941-1945-ci illər Böyük Vətən müharibəsi dövründə cəbhə üçün 130 növ müxtəlif silah, döyüş sursatı, hərbi texnika hazırlamış, SSRİ-də istehsal olunan neftin 75%-ni, aviasiya benzininin isə 85-90%-ni istehsal etmişdilər.
Azərbaycan xalqı müharibədən sonra ? 1946-cı ilin fevralında SSRİ Ali Sovetinə keçirilən ilk seçkilərdə M.Bağırovun deputatlığa namizədliyini irəli sürmüşdür. O, 1946-cı il fevralın 2-də Bakı şəhərində öz seçiciləri ilə görüşü zamanı respublikanın müharibədən sonrakı inkişafından geniş danışaraq demişdir: "Siz ikinci dəfədir ki, məni SSRİ Ali Soveti deputatlığına namizəd göstərirsiniz. Mən öz tərəfimdən sizi əmin edə bilərəm ki, ...sizin göstərdiyiniz bu yüksək etimadı doğrultmaq üçün var qüvvəmi sərf edəcəyəm. Bu beşillikdə biz hamımız neft hasilatını müharibədən əvvəlki səviyyəyə çatdırmalı və onu ötüb keçməliyik. Buna müvəffəq olmaq üçün qazma işlərini olduqca genişləndirmək və kəşfiyyata xüsusi fikir vermək lazımdır. Biz, Azərbaycan neft sənayesi üçün qüvvətli ləvazimat ? texniki mənbələr yaratmaq haqqında... qərarı həyata keçirməliyik. Bu o deməkdir ki, biz bir neçə zavod, o cümlədən Sumqayıtda böyük boru zavodu tikməliyik. Biz, neft sənayesinin və ümumiyyətlə, respublika xalq təsərrüfatının elektrik qüvvəsinə olan və getdikcə artan tələblərini tamamilə yerinə yetirməliyik. Bunun üçün bir neçə elektrik stansiyası, o cümlədən Mingəçevir su elektrik stansiyası kimi böyük bir müəssisə tikməliyik. Bu beşillikdə Zaqafqaziyada metallurji mənbə yaradılır, bunun üçün biz hamımız Daşkəsənin tikintisini başa çatdırılmasını təmin etməliyik".

Azərbaycan KP MK və Bakı komitəsinin birgə VI plenumunda (12-13 iyul 1953- cü il) M.C.Bağırov vəzifəsindən azad edildi. Həmin plenumda 989 nəfər, demək olar ki, respublikanın əksər rəhbər işçiləri iştirak etmişlər. Plenumdan sonra M.C.Bağırov bir müddət Kuybışev neft birliyində rəis müavini işlədi. Lakin tezliklə həbs edilərək Bakıda 12-26 aprel 1956-cı il tarixdə keçirilmiş məhkəmədə ölüm cəzasına məhkum edildi. Onun həbsi əhali tərəfindən birmənalı qarşılanmamış və hətta bəzi etiraz aksiyalarına da səbəb olmuşdu. Demək xalq yanında azda olsa rəğbəti olmuşdur, yoxsa hansısa bir vətən xaininə görə millət niyə qalxsın? Bəlkədə represiya qurbanlarının əmrini Stalin vermiş (yeqin bilirəm ki, beledi) və Bağırov xalqının gələcəyini düşünərək, əmri yerinə yatırıb xalqın dirçəlməsi üçün digər planlara üstünlük verib... Yəni M.C. Bağırov 20 ?ci əsrdə yaşamasına baxmayaraq hələdə onun haqqında tam bir fikir formalaşmamışdır. Onun cinayətlərini yuxarıda saydım, bundanda çox minlərlə cinayətdə bəlkədə əli olmuşdur, lakin gəlin ən azından özümüzə təsəlli verərək fikirləşəkki M.C.Bağırovu yerinə ermeni ruben seçilsəydi bəlkədə hələdə əsarət altında yaşıyır və ya özümüzü rus ve ya dıgər bir Sovet ölkəsinin vətəndaşları kimi bilirdik?





Mir Cəfər Bağırov kimdir?



istinad:www.muselman.ws

xeberden istifade zamani muselman.ws saytina istinad vacibdir! Eks halda halalliq verilmir!

teqlər
-Ashiq-568303
Oxşar məqalələr.
inmy
>Şərhlər #1 Yazdısevnuri (15 April 2011 17:38)
Şəkil

Members
Şərhlər: 403
Nəşrlər: 3
haci111,
Qardaşım---bilirsenmi Əliaga Vahid ona niye cavab qaytardı???
-Deyim...Əliaga Vahid cox pis gizaran kecirirdi..Meyxanede yazdıgı şerlerden qepik-quruş alıb ickiye verirdi..Aclıq ve yoxsulluqdac ciyer xesteliyi tutmuşdu..Qalacaq evi yox idi.O Bagirovdan 1 otaqlı menzil isteyidi ve bu mesele yubanır..Onun Haqqında nalaiq sozler deyir..Evvel onu gulleletdirmek isteyir...Amma sonradan deyir ki bu serxoş bir adamdı-mene hec bir ziyanı gelmez..ve ona 2 otaqlı ev verdirir....
Amma bu o demek deyil ki M.Baqirov gozel insan olub.....
Azerbaycanın yeraltı-yerustu,tukenen ve tukenmeyen servetlerinden Azerbaycan ucun bir -iki iş edib..Gelsene etmeyeydi...onun yerine kim olsaydı bundan cox iş gorerdi....

Gelin ferziyye ile yasamayaq..Baqirovun yerine ruben secilseydi;;;
1bilerdik ki o ermenidir..
2.Qanı Azerbaycanlı qanı deyi..
Demek insanlarda bele tefekkur formalaşmalıdır ki...eyer filankesin yerine bu olsaydl ne olardı...cox sehv fikirdir...
Onda 20 yanvar faciesinde Ne Vezirovun Ne de Ayaz Mutellibovun gunahl var..Sovetler dedi...onlar eledi.....Men Bagırovu olkemizin qatı duşmeni kimi tanıyacafam..ve onun hec bir emeline beraet vermirem..Onun oglu Cem de atasının emelerinden utanıb..olene qeder muhacir heyatı yasayıb...

Aşiq---bu şexsi reyimdir ve xahiş edirem ki mene neyise subut etmek ucun cavab yazmasın...Kim de isteyir oz sexsi serhini yazsın ve haqqıma girene halalıq vermirem...
Assalamu aleykum ve rehmetullahi ve berakatuhu...
 
/divclear
>Şərhlər #2 Yazdıqasirga (15 April 2011 23:52)
Şəkil

Members
Şərhlər: 26
Nəşrlər: 0
cox sagol xebere gore. siyaset cox cirkin seydir esasda o siyasetin icinde edalet olmayanda!
Islam edaletdir siyaset deyil!


--------------------------
insanin shexsiyeti onun dilinin altindadir. (hz: Ali .e)
İmam Əli (ə): Edalet butun varligin onun uzerinde quruldugu bir bunovredir.
 
/divclear
>Şərhlər #3 Yazdı-Ashiq- (16 April 2011 01:27)
Şəkil


Şərhlər: 237
Nəşrlər: 6
sevnuri,

Salam Aleykum baci. Yazdiqlarinizdan ele bir fikre geldim ki, deyesen buna qederki yazdigim sherhlerde xetrinize deymishem, eger bele bir shey oolubsa sizden artiq derecede uzr istiyirem... Menim bu movzunu yaratmaqda meqsedim Bagirovu teriflemek deyil...Bir insanin canini alsa bele o kafirdi, hele minlernen insannan danishmiram... Yazdiqlarinizdan gorurem ki, arif insansiz, meqsed diggeti oz tariximize cekmekdi. Oz gozumuzde tiri gormuruk bashqa gozde cop ataririq... Ozumuzun fexr olunasi bir tariximiz yoxdu amma Ataturkde ve digerlerinde oturub sehv axtaririq, eslinde kimin kim oldugu goz qabagindadi... Yenede xetrinize deydimse uzr istiyirem, bagishda Baci...
 
/divclear
>Şərhlər #4 Yazdısatan (16 April 2011 02:50)
Şəkil

Members
Şərhlər: 43
Nəşrlər: 0
Salam aleykum. Allah razi olsun!!!
 
/divclear
>Şərhlər #5 Yazdıgenc_lider (16 April 2011 03:17)
Şəkil

Members
Şərhlər: 148
Nəşrlər: 6
Salam...Men demek olarki ilk defedirki M.Bagirov haqqinda melumat oxuyuram..Ve bu menim ucun cox maraqli oldum...Men bunu oxuduqdan sonra bir az da ozum ucun internetde axtariw apardim...Neticenide fail-muxtar olaraq mende bir milliyetci kimi Aga Mirceferin bezi movqeylerin desdekleyirem!....Ashiq qardaw cox gozel movzu yazib ve movzunun uslubun ele yaradibki insanda axtariw aparmaq hevesi yaranir...Teyyub Qurbanin arxivləri arashdıraraq Mir Cəfər Bagırovun həyatı və muhitiylə baglı qeleme aldigi Dushmənlərindən guclu shəxsiyyət” kitabi aga haqqinda olan bir cox gizli faktları uzə cıxarıb..M.Bagırovu ən cox 29 min ziyalımızın məhv edilməsində ittiham edirlər...Bu ittihama Teyyub mellim bele cavab verir:"Gunahkar sovet imperiyası, konkret desək, Stalin idi. 1937-ci il avqust ayının 5-də SSRİ NKVD-si qərar cıxarır, həmin qərara c nəfər imza atır. SSRİ daxili ishlər naziri Yejov, Stalin və Mikoyan....Axı Mircəfər kimisə xilas etmək iqtidarında deyildi. Bunu basha dushmək lazımdır. 1937-ci ildə əmr cıxandan sonra Mircəfər buna mudaxilə edə bilmir. Amma Uzeyir Hacıbəyovu, Mikayıl Rəfilini qoruyub. O cmlədən Mir Movsum aganı qoruya bilib, onun da adı siyahıda var imish. Ona gorə Mircəfər Moskvaya Stalinin qəbuluna gedib və ondan sonra Mir Movsum agadan əl cəkiblər."...Belelikle men bir vetendaw kimin Mircefer aganin movqeyin destekleyirem...Sehvi olsada Allah onu bagiwlasin...Axi o Fatime(s/e)balasidir...

qasirga,
Baci....Din siyasetdir...Fazil Lenkarani aganin Risalesinin Cume namazinin hokumleri bolumunde bele bir cumle var:"Her İslamin siyasetden ayri olmasini guman etse, bir cahildirki nə dindən xəbəri var, nə də siyasətdən bashi cixir!"..Bu cumle azerice olan risalenin 210 sehvesinin 1565ci meselesinde yazilib...Bunun bir menasida budurki siyaset dinin cercvesi daxilinde aparilmalidir...Yoxsaki din adi altinda aparilmamalidir..Dunyanin bir cox dovletleri ikinci yolu secibler..Kim "İmam Hesenin sulhu" kitabin oxuyubsa o bilirke dinle siyaset nece vehdet tewkil edir..Allah bizi hidayet etsin..

qasirga,
Baci deye muraciet etdiyime gore sizden done done uzur isteyirem,....Bagiwlayin..Uzur isteyirem...Nezerimde baswqa adamin adin tutub yazmiwdim...Siz Allah bagiwlayin
 
/divclear
>Şərhlər #6 YazdıMuhammed ummeti (16 April 2011 04:23)
Şəkil


Şərhlər: 594
Nəşrlər: 39
Bismilahir Rehmanir Rehim. Men utaniram ona Zehra(s.e) balasi demeye!!! Bilirem emr ona yuxaridan gelib amma bu qeder insanin qanin tokmuyede bilerdi eger isteseydi istefa vererdi ve tutudugu vezidefen xaric olunardi!! Qoy bizi oz milletimizden olan yox bashqasi qirardi!! Men Huseyn Cavidin kinosuna ve Eyyub Yaqubovun Mikayil Mushvuqe hesr olunmush klipine baxanda cox kovrelirem. Allah onlari rehmet etsin. Gunahsizlara veten xaini damgasi vurulub nahaq yere gulleletdirdiler. Mir Cefer Bagirov gelsin indi ki, esl veten xainlerini gulleletdirsin hec sesimi cixarmaram. aramizda o qederdir ki, vetenini satan!

Qardash melumat ucun Allah sizden razi olsun. Bagirov haqqinda demek olar ki, hec ne bilmirdim!
 
/divclear
>Şərhlər #7 YazdıMiqdad_ (16 April 2011 04:59)
Şəkil

Members
Şərhlər: 27
Nəşrlər: 5
1937-ci il represiyasinin banisi.Hec bir sebeb olmadan xalqin qaymaqlarini aradan apardi.Surgun elediyin surgun eledi kimi gulleletdi kimisinin de qetlinde yaxindan istirak eledi.Bele bir adami Zehra balasi adlandirmaq ayibdir Azerbaycanliya yarasmaz.Mikayil Musviq,Ehmed Cavad kimi insanlari xalq dusmani adlandirdi.Quba qirgininin toredilmesinde minlerle insanin represiyasinsa evezsiz rolu olb.Allah onu esla bagislamaz.Mircefer Bagirovun adi gelende hele de cekinenler vardir.Bele insanlari tanitdirmaqla cox gozel is gorursunuz.Genclerimiz tanimir hec kimdi Mircefer ve 26lar.Ele genclerimizi qirdirib ki o insanlar indi qalsa idi indi Azerbaycan MDBde sozun deyen bir dovlet idi.Azerbaycanin geleceyinin qetliyamcisi olub.Ne bir AZerbaycanli kimi nede bir insan kimi regbetim yoxdur menim ona.

genc_lider,
duzdur Stalin verirdi o emrleri Mircefer Bagirova.Amma elinden geleni edib qetliyyam toretmeyi dayandira bilerdi.Gedib ozun oldurerdi amma azi 1000 000insani qirdirmazdi.Veya hakimiyyetin basinda dayanan dostlari ile meslehetlesib represiyani dayandira bilerdi buna imkani da vardi.Stalin emri verirdi Bagirov ise yerine yetirirdi.


--------------------------
Əyər 9 canlı olsaydın belə,
Ən çox 8 dəfə qaça bilərdin ölümdən.
Bilki 7 dövlətə sultan olsan belə,
Yerin 6 məkan olacaq sənə.
Ən çox 5 metrə kəfən götürə biləcəysən,
Bağlayacaqsan 4 açsanda gözünü.
Bu dünya 3 günluk dünya,
Əzrailin yanında 2 qat olub yalvarsanda boŞuna.
Əlbət 1 gün öləcəysən.
Bax o zaman hər Şey 0 dan baŞlayacaq.
 
/divclear
>Şərhlər #8 Yazdıqasirga (16 April 2011 05:48)
Şəkil

Members
Şərhlər: 26
Nəşrlər: 0
islam siyasetdise onda bizde bu siyasetin qurbanlariyiq


--------------------------
insanin shexsiyeti onun dilinin altindadir. (hz: Ali .e)
İmam Əli (ə): Edalet butun varligin onun uzerinde quruldugu bir bunovredir.
 
/divclear
>Şərhlər #9 YazdıEsmaul_Husna (16 April 2011 06:17)
Şəkil

Members
Şərhlər: 234
Nəşrlər: 10
Zekeriyya,
sen niye ozunu bele yuksekde tutursan?yeqin gunde 5 defe agaya teqlid edib namaz qilirsan he?


--------------------------
Allahumme selli ala Muhammedin ve Ali Muhammed
 
/divclear
>Şərhlər #10 Yazdı-Ashiq- (16 April 2011 06:20)
Şəkil


Şərhlər: 237
Nəşrlər: 6
Esmaul_Husna,

Qardash evvelceden xahish elemishem hamidan ki, ixtilafa yol vermiyin, ona gore ozun susuram, sayt tek sennen onnan emnnen ibaret deyil... 100 lerle istifadeci qiraqdan abxib qiymet verir... Susmaq bele anlarda qizildi...
 
/divclear
>Şərhlər #11 YazdıAGLAYAN_MOMIN (16 April 2011 06:57)
Şəkil

Administrators
Şərhlər: 201
Nəşrlər: 500
Zekeriyya,


salam qardash calishaq bir az mominlere hormet edek.kimin kafir kimin melgun kimin momin oldugunu Allah bilir
Vehshi leqebli insanda Peyqemberin emisi Hezreti Hemzeni oldurdu sonra haqqi derk etdi tovbe eddi Peyqemberde onu bagishladi amma ki dedi ki bu sheheri terk et.sen ne bilirsen ki bu aciladigin insanlar kimdir eger BESIRET GOZUN varsa o ayri mesele....
sonuncu xeberdarlig edirem bu sayt muselmanlarin ixtiyarindadir kimse kimise burda tehqir ede bilmez seninse kinayeli sozlerin cox agirdi.

ALLAH TEKEBBURLU OLANLARI SEVMEZ.....


--------------------------
CAMAHATIN COXU DUNYANIN QULUDUR DIN YALNIZ DILLERINDEDI.
IMAM HUSEYN (S)
 
/divclear
>Şərhlər #12 Yazdı-Ashiq- (16 April 2011 07:15)
Şəkil


Şərhlər: 237
Nəşrlər: 6
Esmaul_Husna,


Cox coz uzr istiyirem Baci, cahilliyime kec ( Shekile allanib qardsh yazmisham, uzurlu hesab ele.
 
/divclear
>Şərhlər #13 Yazdıgenc_lider (16 April 2011 07:31)
Şəkil

Members
Şərhlər: 148
Nəşrlər: 6
qasirga,
Meger beli bir dinin Allahina qurban olmaq istemersen?....
Zekeriyya,
Burda hec kim onu teriflemir..Menim yazdigim ise wexsi fikirimdir...Ve men istemiremki kimse menim reyime irad tuta..Mende biliremki onun cinayetleri var...Amma Ali qardaw movzuya cox gozel istiqamet verib..Sadece olaraq onu derk etme gozu ile gormek lazimdir...Vesselam...Ozude o seyyidir...her ne olur olsun Fatime balasidir....Kafir olsa bele...
Muhammedummeti,
Baci...Teyyub Qurban hemin kinoda coxlu sayda sehvler tutub...Bunu oz kitabinda tarixi faktlarla tesdiqleyir...M.Bagirov hetda H.Cavidi 8 il qoruyub...Sadece Stalinin emri ile onu oldurubler...Baci bir meqamada toxunum...Bu il men Az.Edebiyyatinin yeni ve en yeni dovrlerin ehate eden bolmelerin oxumuwam...Daha dogrusu mene tedris olunub...Inanki eger bir bilsezki H.Cavidin hicab haqqinda hansi fikirleri var men size 100% emin ediremki ona kafir deyersiz...And olsun!...Men demirem yaxwi edib olari oldurubler..Nedeki Bagirovu mudafie etmirem...Sadece melumat ucun dedim..
Miqdad_,
Mende sizinle raziyam...Istefa vere bilerdi...Amma guclu siyasetci ve diktator olugu ucun belkede xalqin namine getmedi...Siz bilirsizki 37ci il represiyasinda Bagirov ozude 10 gun hepisde olub?
 
/divclear
>Şərhlər #14 YazdıMuhammed ummeti (16 April 2011 07:46)
Şəkil


Şərhlər: 594
Nəşrlər: 39
AGLAYAN_MOMIN,
Bismillahir Rehmanir Rehim. Qardash Allah senden razi olsun be bunu coxdannan yazda. Eger bir-birileri ile dalashmaq ve ya kimin kime ne sozu varsa bir forum acaq orda yazsinlar. Burda bele sheyleri oxumaqdan hem eseblerim pozulur hem de gozlerim agriyir.
 
/divclear
>Şərhlər #15 Yazdı-Ashiq- (16 April 2011 07:46)
Şəkil


Şərhlər: 237
Nəşrlər: 6
Sitat: -Ashiq-
Esmaul_Husna,


Cox coz uzr istiyirem Baci, cahilliyime kec ( Shekile allanib qardsh yazmisham, uzurlu hesab ele.



Ayda.. Qardash cox cox uzr istiyirem, here bir soz dedi anlashilmamazliq oldu, uzurlu hesa ele, Cahilliyime ver yenede...
 
/divclear
>Şərhlər #16 Yazdısevnuri (16 April 2011 07:47)
Şəkil

Members
Şərhlər: 403
Nəşrlər: 3
-Ashiq-,
hormet etdiym qardasım....Senin uzr istemeye hec bir ehtiyac duymuram..ve əstegfrullah deyirem....Sen zehnet ckib movzu derc edibsen ve men de basqaları kimi oz fikrimi bildirmişem......Necib reftarınıza gore men size cox cox minnetdarlıgımı bildirirem....Ona gore oz haqqınızdı..nece movzu isteyirsiz yazın..Allah Razı olsun.......genc_lider,
genc_lider,
genc_lider,
Qardaş-senin Afa-afadediyin adam kafir qdınlarla evlenib..biri rus biri de yevrey....sence bu seyyide yarasan addırmı???Seyyidlere hormetim vaar..Menim boyuk yeznem de seyyiddir...Amma beleleri seyyidlikden cixib eee....
 
/divclear
>Şərhlər #17 YazdıEsmaul_Husna (16 April 2011 07:56)
Şəkil

Members
Şərhlər: 234
Nəşrlər: 10
AGLAYAN_MOMIN,
Heci necesen?chixdandir gormurem seni insehAllah qismet olsa gelersen bir biz tereflere smile


--------------------------
Allahumme selli ala Muhammedin ve Ali Muhammed
 
/divclear
>Şərhlər #18 Yazdıgenc_lider (16 April 2011 08:06)
Şəkil

Members
Şərhlər: 148
Nəşrlər: 6
sevnuri,
Yox baci))) Sen ve ya men deye bilmerik ki o seyyidlikden cixib ya yox...O seyyiddir...bunu yalniz qiyametde bilecik Inwallah...Burda ise bir tarix kimi onun azda olsa heyatin muhakime edirik...Menim aga demekde meqsedim odurki hec kim ifrat fikir yazmasin...Hec olmaya Seyyidliyine xatir...Qaldiki onun kafir qadinlarla evlenmeyine....Biz ne bile bilerikki bu veziyyeti belke zemanenin hokumeti teleb edib...Oda belke teqiyye edib...Hemdeki Kitab ehli olan qadinlarla muveqqeti evlenmek olar..Amma daimini muctehidler ehtiyat-vacibe gore haram bilirler...Neyse...Bunlar menim abyektiv fikirimdir...Ve xaiw edirem menim fikirime hormetle yanawin...Allah razi olsun
 
/divclear
>Şərhlər #19 YazdıAGLAYAN_MOMIN (16 April 2011 08:44)
Şəkil

Administrators
Şərhlər: 201
Nəşrlər: 500
Esmaul_Husna
INSHALLAH KI GELEREM
SIZE MUSELMAN.WS AILESINE SAD XEBER
INSHALLAH KI MAY AYININDA
XANIMLAR XANIMI FATIMEYI ZEHRA ( S.Ə ) MOVLUDU KECİRDİLECEK
İSLAMDA XANİMLAR BAYRAMİ KİMİ QEYD OLUNAN BU BAYRAMDA BİZDE OZ AİLEMİZİNMUSELMAN.WS VE XEYRIYYE.AZ IN XANIMLARINI TEBRIK EDERIK


--------------------------
CAMAHATIN COXU DUNYANIN QULUDUR DIN YALNIZ DILLERINDEDI.
IMAM HUSEYN (S)
 
/divclear
>Şərhlər #20 Yazdı-Ashiq- (16 April 2011 09:05)
Şəkil


Şərhlər: 237
Nəşrlər: 6
Sitat: sevnuri
-Ashiq-,
hormet etdiym qardasım....Senin uzr istemeye hec bir ehtiyac duymuram..ve əstegfrullah deyirem....Sen zehnet ckib movzu derc edibsen ve men de basqaları kimi oz fikrimi bildirmişem......Necib reftarınıza gore men size cox cox minnetdarlıgımı bildirirem....Ona gore oz haqqınızdı..nece movzu isteyirsiz yazın..Allah Razı olsun.......


Allah razi olsun, baci. Yenede deyirem men Baiqovu teriflemirem, menim sozum odurdki, oz tariximizi bilmirim amma bashqa tarixlerde shev axtaririq... Gelin her bir olkenin milli-menevi deyerlerine, tarixine hormetle yanashaq... Size aid deyila bu, arif adamsiniz, sozu ataturk movzusuna eyham eledim.
 
/divclear
>Şərhlər #21 YazdıMuhammed ummeti (16 April 2011 09:26)
Şəkil


Şərhlər: 594
Nəşrlər: 39
Bismillahir Rehmanir Rehim. Baci ve qardashlardan xahish edirem(uzr isteyirem) namazi uzanan halda qilinma qaydasini bilen varsa duzgun shekilde yeni o zaman mene komek edin xeberi burda yerleshdirin komment sheklinde. Onceden minnetdaram Allah razi olsun
 
/divclear
>Şərhlər #22 Yazdısevnuri (16 April 2011 14:05)
Şəkil

Members
Şərhlər: 403
Nəşrlər: 3
Muhammedummeti,
Bacı-Allah sene yar olsun...Men teqribi bilirem..amma qorxuram sehv edem...O uzden inşAllah uzanan halda namazın qılma usulun yazıb sene gondererler.Allah sefa versin......
 
/divclear
>Şərhlər #23 Yazdı-Ashiq- (16 April 2011 14:32)
Şəkil


Şərhlər: 237
Nəşrlər: 6
haci111,


bu nedi yazmisan burda?) Ixtiaf yarat bir az, ixtilafa susuzduyanlar var :))

Zarafat eliyirem, ALlah razi olsun, bele sheylerde feal ishtirak eliyin bizde Ehsen deyek..
 
/divclear
>Şərhlər #24 YazdıDjoni (16 April 2011 20:19)
Şəkil

Members
Şərhlər: 26
Nəşrlər: 2
14 Mesum qalib bir terefde Mir Cefer Bagirovla Eliaga Vahid arashdiririq))))))


--------------------------
Menim Men olduğumu düşündüyüm hada,Menim Menliyimi Menden Alan varlığı gördüyüm anda anladım ki, Men Men deyilemmiş.Menim Menliyimide Men eden Menliyimi Alan edibmiş.Demek ki, Men ve Menler deyil HER ŞEY ELE O ( YARADAN) İMİŞ.
 
/divclear
>Şərhlər #25 Yazdı-Ashiq- (16 April 2011 23:04)
Şəkil


Şərhlər: 237
Nəşrlər: 6
Sitat: Djoni
14 Mesum qalib bir terefde Mir Cefer Bagirovla Eliaga Vahid arashdiririq))))))


14 mesum niye bir terefde qalib? Yoxsa olar yadiva ancaq onlar haqqinda meqale ve ya sher gore dushur? Bu bizim tariximizdi? tarix-elmdi, Elm oxumagida bize Peygemberimiz (s.e.v.a.s) meslehet gormuyub? Xahish eliyirem gelin semimi olaq, emeye hormet elemeyi bacaraq.. Hevseden salmaq asandi insani, gelstimul veresen ki, dahada yaxshi ola bu her insanin ishi deyil...

*Yoxsa olar yadiva ancaq onlar haqqinda meqale ve ya sher gorende dushur?
 
/divclear
>Şərhlər #26 YazdıAGLAYAN_MOMIN (17 April 2011 01:39)
Şəkil

Administrators
Şərhlər: 201
Nəşrlər: 500
Zekeriyya
En azindan MIR Cefer bagirovun Seyiddiyine Peyqember neslinden olmagina hormet ele
yazilarina bir az diqqet ele
Elyaga Vahidi terif edirsense icki icen serxosh biri olub ona gorede ona deymeyibler o vaxt.
sen dediyin MIR CEFER BAGIROV MIR MOVSUM AGANI SURGUNDEN XILAS EDIB BUNU UNUTMA


--------------------------
CAMAHATIN COXU DUNYANIN QULUDUR DIN YALNIZ DILLERINDEDI.
IMAM HUSEYN (S)
 
/divclear
>Şərhlər #27 Yazdı-Ashiq- (17 April 2011 02:14)
Şəkil


Şərhlər: 237
Nəşrlər: 6
Butun Istifadecilerden xahish edirem ki, gelin milli-menevi deyerlerimize, folklorumuza, tariximize hormetle yanashaq... Eliaga Vahid icen olub, Islama zid sherlerde var, amma ... Mes:
Zahidin tenine uyma, Ramazan ayi mey ic,
Qoy o kovser suyu icsun, Ramazan sagligina... Deyen Vahid

Sherabi menn eliyen kes, sen icme cennete get,
Icaze ver bir icek daxili cehennem olaq.. Deyen

Shimridunile Huseyn eshqun dushub sevdasina,
Birsi rey hevasina biri Kerbela sehrasina... Deyen Vahid ne qeder Serxosh olsada agamizin vurgunu olub...
 
/divclear
>Şərhlər #28 Yazdımasterchanges (17 April 2011 03:13)
Şəkil

Members
Şərhlər: 21
Nəşrlər: 0
her sheyin oz yeri var.. Hem 12 imamin (ondan da qabaq Allahi ve ozunu tanimagin), hem de Azerbaycan tarixinin.. muselman etrali olmalidir ki, sabah senin tarixinden nese sorushsalar... ve bilmesen.. deyecekler ki, bu oz tarixini bilmir.. qaldiki Islami.. her terefli olaq.. her bir musbetde birinci.. gorduyumuz ishde keyfiyyetli olaq ki, Imama komek olaq.. O ki, qaldi.. Mirceferin dushman olub olmamasina.. turklerde bele bir insan olub.. adini bilmirem ama.. buna bir rejimde xalq dushmani adini veribler diger rejim geldikde ona qehreman adi veribler.. bu ish bir nece defe tekrarlanib.. her halda biz o dovrde yashamamishiq deye... fikir yurutmek bir az cetin gelir mene.. Allah sizden razi olsun..
 
/divclear
>Şərhlər #29 Yazdı-Ashiq- (17 April 2011 04:19)
Şəkil


Şərhlər: 237
Nəşrlər: 6
Sitat: Zekeriyya
Sizda yazirsiz ki seyyid. Har adama seyyid demak gunahdir. Nadi bu seyyid masalasini atmisiz ortaya camaati cashdirirsiz. Bela seyyidlarin yeri Cahannamdir.



Gunahdi? Teze fetvadi bu? Seyyidlik leqeb deyile...Peygember (e) nin neslinnen olmagin bildirir bu, nishanedi... Besdir day ozuve hormet ele, gorursen ki, ne qeder kobud yazsanda yenede ozumuze xatir sene hormet eliyirik, sui istifade eleme...
 
/divclear
>Şərhlər #30 YazdıAGLAYAN_MOMIN (17 April 2011 04:29)
Şəkil

Administrators
Şərhlər: 201
Nəşrlər: 500
Zekeriyya
SAYTDA 170 REY YAZMISAN HAMISINDADA KIMINSE XETRINE DEYIRSEN
QARDASH SENE HAQQIMI HALAL ETDIM ISTESEN SENDE ET AMMA KI CIX BU SAYTDAN OZ XOSHLUGUNLA
COX MOMININ XETRINE DEYIRSEN
HEC KESDE SENE BIR SOZ DEMIR
AMMA KI BUDA SON.....


--------------------------
CAMAHATIN COXU DUNYANIN QULUDUR DIN YALNIZ DILLERINDEDI.
IMAM HUSEYN (S)
 
/divclear
Geri. 1 2 Növbəti.


Information
Members of Guests cannot leave comments.
Saytın loqosu
WwW.MuselmaN.Ws 2007-2012. .

Materiallardan istifadə zamanı istinad vacibdir.

   
div class=/li src=image style=/a src=imageimg src=/a /div