|
|
|
|
| Sayt sahibi olmaq istəyənlərə |
|
Indi saytda olanlar:
Istifadəçilər: 0
Axtariş robotları: 3
Qonaqlar: 20
Indi saytda: 23
Saytda sonuncu olanlar:
Son 20 Istifadeci: 20
|
| Bazar Ertəsi | 1178 |
| Cərşənbə Axşamı | 1223 |
| Cərşənbə | 1262 |
| Cümə Axşamı | 1155 |
| Cümə | 1120 |
| Şənbə | 1112 |
| Bazar Günü | 1076 |
|
| Cəmi Hit: | 25306 |
| Cəmi Host: | 264785 |
| Sizin Rekord: | 1684 |
|
| Ay üzrə Top10 Şərh yazanlar |
|
| Xeyriyyə buccəmizə pul kocur |
|
|
|
| |
|
|
|
|
 Qəhrəman qadın.
İslamın ilk çağlarından başlayaraq qadınların rolu böyük olmuşdur. Hələ ilk şəhid xanım olan Süməyyə hər bir şeyi, ən acınacaqlı olan ölümü belə gözə alaraq "La ilahə illəllah, Muhəmmədun Rəsulullah" demiş və bu yolda şəhid olmuşdur. Sonrakı dövrlərə baxsaq bir çox fədakar xanımlarin İslamın yaşaması yolunda böyük və ilahi addımları görə bilərik.
Bu fədakarlıq Kərbəla qiyamında bütün varlığını Allah yolunda qurban verən İmam Hüseynin (ə) karvanında olan xanımlar xanımı Xanım Zeynəbdə (ə) ən yüksək səviyyədə öz əksini tapır. Ən maraqlısı isə budur ki, Xanım Zeynəbin (ə) Kərbəlada atdığı addım bir qardaşa kömək üçün deyil, öz imamına təslimiyyət prinsipindən irəli gəlir. Bu xanımı daha yaxından tanımaq üçün onun uşaqlıq dövrlərindən ailə qurduğu dövrə qədər İmam Hüseynlə (ə) rabitələrinə nəzər salaq.
Xanim Zeynəb (ə) hicrətin beşinci ilində anadan olmuşdur. "Zeynəb" sözünün mənası "Atasının zinəti" deməkdir. Doğrudan da Allah tərəfindən belə adlanan bu xanın öz vəzifəsini yerinə yetirməklə tarixin fəxri və ailəsinin zinəti oldu. Odur ki, "Zeynəb" adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Səfərdən qayıdan Həzrət Peyğəmbər (s) təzə dünyaya gəlmiş Zeynəbi (ə) öpərək belə buyurdu: -Tövsiyə edirəm ki, hamı bu qıza hörmət etsin, çünki o, Xədiceyi-Kübra (ə) kimidir.
Yəni Həzrət Xədicənin (ə) fədakarlıqları kimi Xanım Zeynəbin (ə) Allah yolunda səbr, dözüm, şücaət və mübarizəsi İslamin əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir. Həzrət Xədicə (ə) Peyğəmbərə (s) dayaq olduğu kimi Xanım Zeynəb (ə) də İmam Hüseynə (ə) dayaq olmuşdur.
Rəvayətdə belə buyurulur: -Zeynəbin (ə) beş yaşı var idi. Onların evinə qonaq gəlmişdi.
Həzrət Əli (ə) Həzrət Zəhradan (ə) soruşdu: -Evdə çörək varmı? Xanım (ə) buyurdu: -Yalnız bir çörək var, o da Zeynəbindir (ə).
Söhbəti eşidən Zeynəb (ə) buyurdu: -Mən səbr edərəm, çörəyi qonağa verin. Bəli, nurla dolu bir ailədə tərbiyə alan bir şəxs öz nuraniyyətini uşaqlığından büruzə verər.
Xanım Zeynəb (ə) İmam Hüseyndən (ə) iki yaş kiçik idi. O, körpəlik vaxtlarından Həzrət Hüseynə (ə) çox bağlı idi. Körpə çağında beşikdə ağlayarkən kiçik Hüseyn (ə) onun qarşısında dayanarkən dərhal susardı. O gedərkən yenə də ağlayardı. Beləliklə uşaqlıqdan anasını itirmiş Xanım (ə) Əli (ə) kimi atanın tərbiyəsi sayəsində Həsən (ə) və Hüseyn (ə) kimi qardaşlarla yanaşı böyüyüb yetkinləşir, elə uşaqlıqdan çoxlu çətinlik və ruhi sıxıntılara dözüb təcrübə toplayır. Məhz ilahi şəxsiyyətlər böyük, ilahi məqamlara çatmaq üçün bir sıra çətinliklərə mübtəla olmalı, Allahın imtahan sınağından keçməlidirlər.
Xanım Zeynəb (ə) Həsən (ə) və Hüseyndən (ə) kiçik olmasına baxmayaraq, qardaşları ilə onun ara-sinda vəsfə gəlməz məhəbbət və bağlılıq olmuşdur. Bu məhəbbətin nəticəsində o, bir an da qardaşlarından ayrılmırdı. Necə ki, ömrünün sonuna kimi onlardan bir an belə ayrılmadı. Bu məhəbbət onun ailə qurduğu zaman daha parlaq şəkildə görünür. Hər bir xanım ailə qurduğu zaman gələcək həyat yoldaşina müəyyən şərt qoyur. Xanim Zeynəbin (ə) şərti isə bu idi: - Hər zaman Hüseynin (ə) yanına getmək istəsəm səndən icazə almayacağam. Əbdullah da bu şərtlə razılaşdı. Əbdullah, İslama üçüncü iman gətirmiş Cəfər Təyyarın oğludur.
Xanım Zeynəb (ə) elə bir nümunəvi ailədə böyüyüb boy atmışdı ki, tarix belə əzəmətli ailənin şahidi olmayıb. Onun vilayət evində öyrəndiyi əxlaq, tərbiyə, insani keyfiyyətlər gəlin getdiyi evdə də öz təsirini buraxacaq, cəmiyyətə imanli və fədakar övladlar təqdim edəcəkdi. Kərbəlada Zeynəbin (ə) iki şəhid övladını nəzərə alsaq bu həqiqəti dərk edərik.
Kərbəla hadisəsindən sonra Zeynəbin (ə) fəaliyyətləri
Xanım Zeynəbin (ə) həyatının ən mühüm və əzəmətli dövrü İmam Hüseynin (ə) dövrünə, eşq və şəhadət karvanı ilə yoldaşlıq etdiyi zamana təsadüf edir. O, müsəlmanlara çatdırdı ki, Hüseyn (ə) cismən öldürüldüsə də məhkum olmadı. O, öz şəhadəti ilə düşmənlərini məğlub etdi, məhkum deyil, hakim oldu. Əgər Hüseyn (ə) qan tökdüsə də, Xanım Zeynəb (ə) onu təfsir etdi və bütün dünyaya: "Ölün, doğranın, övladlarınızdan keçin, amma heç zaman zülmlə, əsarətlə nahaqla barışmayın" şüa-rını yaydı. O, Bəni-Üməyyəni rüsvay edərək dünyaya tanıtdı. Sanki İmam Hüseynin (ə) qiyamını Zeynəbsiz (ə) və Zeynəbi (ə) də qiyamsız təsəvvür etmək mümkün deyil.
Zeynəb (ə) Seyyidüş-Şühəda hərəkatının canlı tarixi, ölməz natiqidir. Bu xanım böyük və təsirli hadisələrdə hissiyyata qapılıb duyğularının təsiri altına düşmür, öz mühüm vəzifəsini unutmurdu. Bütün dərdli və acı səhnələrdə aqilanə mövqe tutur və vəzifəsinin icrasını unutmurdu. Bu xüsusiyyət Zeynəbə (ə) öz yolunu sonacan davam etdirməkdə, Kərbəla şəhidlərinin qanlarını səmərəyə yerirmək və Aşura hərəkatının əsl məqsədini hamıya çatdırmaqda kömək edirdi. Bu məqamı Kərbəladan sonrakı dövrdə baş verən bütün hadisələrdə müşahidə etmək olur. Xüsusilə onun Kufə əhli ilə, ibn Ziyadla (l.ə) və məlun Yezidlə (l.ə.) söhbətində o xanımın nə qədər şücaətli, imanlı olduğunu və haqq yolunda hər bir çətinliyə dözdüyünün şahidi oluruq.
Axı onun İmamı Hüseyn (ə) belə buyurur: Haqq acı olsa da, onu de! Xanım Zeynəb (ə) bu haqqı "Hüseyn!" şüarı ilə bütün müsəlmanlara yaydı. Onun məlun ibn Ziyadla (l.ə.) söhbətində nə qədər haqqpərvər və şücaətli olmas üzə çıxır. Qurani-Kərimdə insanın dəyəri dörd şeylə ölçülür. Bu dörd dəyər aşağıdakılardan ibarətdir.
1. Elm və mərifət (yəni Allahı doğru şəkildə tanımaq).
2. Teqva və ibadət.
3. Mübarizə və cihad.
4. Yoxsul və kimsəsizlərin əlindən tutmaq.
Xanım Zeynəbin (ə) həyat yoluna diqqətlə nəzər salsaq bu dəyərlərin hamısının onda cəm olduğunun şahidi olarıq.
1. Xanım Zeynəbin (ə) elmi.
Xanım Zeynəb (ə) altı yaşında ikən Həzrət Zəhranın (ə) xütbəsini eşitmiş və əzbərləmişdi. Belə ki, o xütbənin sözləri həm uzun, həm də ağırdır. Böyük alimlər bu xütbənin fəsahət və bəlağətinə heyrandırlar. "Hibrul-ümmə - ümmətin alimi" adlanan ibn Əbbas Xanım Zeynəbdən (ə) hədis nəql edərkən onu belə adlandırır: "Bizə hədis deyir Bəni-Haşimin əmanət sahibi, müdriki..." Xanım Zeynəbin (ə) Kufə və Şamdakı xütbəsi onun yüksək elminə başqa bir dəlildir. Bəşir ibn Əsəd Xuzeyi deyir: -Gördüm Zeynəb (ə) danışır, elə bildim Həzrət Əlidir (ə). And olsun Allaha, mən belə şücaət və cəsarətlə çıxış edən həyalı və iffətli xanım görməmişəm. Zeynəb (ə) Kufədə çıxış edəndə İmam Səccad (ə) dedi: - Şükr olsun Allaha! Zeynəb, sən müəllim görməmiş alimsən. Zeynəb, sənin elmin elmi-lədunnidir. Sənin elmin Allah elmidir. Çünki Allah-Təala buyurur: -Təqvalı olsanız, Allah sizə çox şeyləri öyrədər. Bir gün İmam Həsənlə (ə) İmam Hüseyn (ə) Həzrət Peyğəmbərin (s) bir hədisi haqqında danışırdılar. Peyğəmbər (s) buyurur: "Bəzi şeylər aydın halaldır, bəziləri isə aydın haram. Aydın halalı götürün, aydın haramdan qaçın, şübhəlilərdən isə ehtiyyat edin." Onlar elə bu mövzuda danışırdılar ki, Xanım Zeynəb (ə) gəlib mövzuya aydınlıq gətirdi. İmam Həsən (ə) bu izahdan sonra bacısı Zeynəbə (ə) belə buyurdu: -Doğrudan da sən nübüvvət ağacından və risalət mədənindənsən.
2. Xanım Zeynəbin təqvası.
Xanım Zeynəb o qədər təqvalı idi ki, ona Siddiqeyi Suğra - balaca Zəhra deyərdilər. O qədər təqvalı idi ki, İmam Hüseyn (ə) İmam Səccadın (ə) Kərbəla səhnəsində zahir olması məsləhətli olmadığı zaman o xanımı özünə xüsusi naib seçmişdi. Zeynəb (ə) imamət sirrini daşımağa layiqli bir şəxs idi. O qədər təqvalı idi ki, heç vaxt gecə namazını tərk etmirdi. Xeymələri qarət olunmuş, əsir, yorğun, qardaşlarını və balalarını itirmiş bir şəxs bütün bu hallara baxmayaraq gecə namazını bir gün belə tərk etmədi. Aşuranın səhəri gecə namazını halsızlıqdan oturan halda qıldı. Alimlər deyirlər ki, müsibətdə üç dərəcə vardır: Səbr, şükr, razılıq. Zeynəb həm səbrli, həm razı, həm də şükr edən idi. Hətta o Xanım (ə) belə buyurmuşdu: -O qədər səbr edərəm ki, səbr mənim yanımda aciz qalar. Qardaşı İmam Hüseyn (ə) Aşura günü Zeynəblə (ə) görüşərkən Zəynəb (ə) qəmgin oldu. İmam (ə) buyurdu: -Səbr et! Zeynəb (ə) buyurdu: - Ey anam oğlu, məni istədiyin kimi görərsən, sınmaram, səbr edərəm.
3. Zeynəbin (ə) cihadı. Xanım Zeynəb (ə) hər yerdə İmam Hüseynlə (ə) bir yerdə idi. Kərbəla səhnəsi, Kərbəladan sonra Yəzid, ibn Ziyad kimi insanlarla söhbəti onun cihad əhval-ruhiyyəsindən xəbər verir.
4. Yoxsullara kömək. Hər zaman yoxsulların əlindən tutardı. Hətta birlikdə olduğu zaman ona verilən çörəyi belə özü yemir, uşaqlara və xanımlara verərdi. Buna görə də bir dəfə gecə namazını oturan yerdə qılan zaman ondan bunun səbəbini soruşdular. Buyurdu: -Üç gündür yeməyimi uşaqlara verirəm, taqətim yoxdur.
|
|
| |
|
| |
|
|
| |
|
| #1: sems | 31 Yanvar 2012 06:16 |
|
ALLAH RAZI OLSUN CEMI MUSELMAN QADINLARINI HEZRETI ZEYNEB DAVAMCILARINDAN QERAR VERSIN INSALLAH
|
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 13.12.2009 |
Nəşr sayı: 104 |
Fikirləri: 544 |
|
| |
|
|
| |
|
|
Sitat: sems ALLAH RAZI OLSUN cumlemizden inseALLAh
--------------------
Allahim, mene bexw etdiyin nemetlerin Sukrunu derk etmekde acizem. Emellerimi sene en gozel sekilde Sukur etmeye vesile olan emellerden qerar ver. |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 29.01.2011 |
Nəşr sayı: 61 |
Fikirləri: 323 |
|
| |
|
|
| |
|
| #3: Z_amin | 31 Yanvar 2012 12:28 |
|
Salamun Aleykum Allah sizlerden razi olsun... Allah bizleri sevdiyi bendelerden qerar versin Inshallah |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 20.08.2009 |
Nəşr sayı: 35 |
Fikirləri: 965 |
|
| |
|
|
| |
|
|
Salammun Aleykum,cox maraqlidi.Allah razi olsun. |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 29.01.2012 |
Nəşr sayı: 0 |
Fikirləri: 4 |
|
| |
|
|
| |
|
|
hemd olsun..twk..
--------------------
SENI SECDEYE APARMAYAN EWQ CENNETE NECE APARSIN? |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 14.11.2011 |
Nəşr sayı: 22 |
Fikirləri: 1205 |
|
| |
|
|
| |
|
|
ALLAH (C.C)-U RAZI OLSUN.XEBERE GORE
--------------------
ALLAHUME SALLI ALE MUHAMMEDIN VE ALI MUHAMMED VE ECCIL FERECEHUM. |
|
|
|
|
|
| |
| : Baş redaktor |
Qeydiyyat: 21.02.2011 |
Nəşr sayı: 347 |
Fikirləri: 829 |
|
| |
|
|
| |
|
| #7: Z_amin | 2 Fevral 2012 07:24 |
|
Allah cumlemizden razi olsun Inshallah... |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 20.08.2009 |
Nəşr sayı: 35 |
Fikirləri: 965 |
|
| |
|
|
| |
|
|
Allahi sevin!..
--------------------
SENI SECDEYE APARMAYAN EWQ CENNETE NECE APARSIN? |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 14.11.2011 |
Nəşr sayı: 22 |
Fikirləri: 1205 |
|
| |
|
|
| |
|
| #9: mason | 4 Fevral 2012 02:55 |
|
tewekkur
--------------------
Muhakime etmeyin,muhakime olunarsiz... |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 1.08.2011 |
Nəşr sayı: 132 |
Fikirləri: 1674 |
|
| |
|
|
| |
|
| #10: Z_amin | 4 Fevral 2012 06:19 |
|
AS SALAMUN ALEYKUM VE REHMETULLAH.ALLAHIN SALAMI VE REHMETI OLSUN UZERINIZE.Bayraminiz mubarek olsun.Allah bizleri sevdiyi bendelerden qerar versin Inshallah. |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 20.08.2009 |
Nəşr sayı: 35 |
Fikirləri: 965 |
|
| |
|
|
| |
|
|
BEZILERINI OXUDUM,EZIYYETE GORE TEWEKKURLER |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 3.02.2012 |
Nəşr sayı: 0 |
Fikirləri: 227 |
|
| |
|
|
| |
|
|
sems, AMIN BACIM!!!1
--------------------
..."Dushmen qapi agzinda biz ise "velazzalin" yoxsa "veleddalin" mubahisesindeyik hele...." |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 10.12.2011 |
Nəşr sayı: 0 |
Fikirləri: 324 |
|
|
Məlumat |
|
| |
|
|
|
 |
|
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
|
|
|
|
|
|
|
|
|
| Sizcə hansı daha yaxşıdır ? həm qiymət həm keyfiyyət həm imkanklar cəhətdən |
|
| Ay üzrə Top10 Xəbər yazanlar |
|
|
|
|
|
|
|