.
Saytın loqosu
Muselmanlarin birlesdiyi sayt » İslam-xəbərəri » İslamda ananın məqamı
 (Votes #: 7)
İslam-xəbərəri27-12-2011, 13:08
İslamda ananın məqamı


[color=#009900][size=3][font=Georgia]
Bismillahir-Rəhmanir-Rəhim


İslamda analıq məqamı, analıq məqamını və insanın həyatındakı rolunu anlaya bilməyimiz üçün uca Rəbbimizin kitabına, Rəsulullahın (s) və Əhli Beytinin (ə) nurlu sözlərinə müraciət etməyimiz gərəkdir. Biz də mümkün qədər ayə və hədislərdən faydalanaraq bu mövzunu sizlərə açıqlamağa çalışacağıq.
Allah-Taala Qurani-Kərimdə belə buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de." (İsra Surəsi, ayə 23-24)
Bir başqa ayəti-kərimədə belə buyurur: "Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!" (Loğman Surəsi, ayə 14)
Göründüyü kimi, bu ayələrdə Allah-Taala ana-ataya yaxşılıq etməyi, onlara şükr etməyi öz ibadəti və şükrüylə yanaşı zikr etmişdir. Bu da ana-atanın Haqq-Taala yanındakı mövqeyini, onlara yaxşılıq və itaət etmənin əhəmiyyətini göstərir. Ona görə də ana-ataya itaət etmək günah və vacib olan şeylərin xaricində fərzdir (vacibdir). Hətta ana-ata övladını müstəhəbb olan bir əməli etməkdən çəkindirib başqa bir işə əmr etsə, onların dediyini etməsi lazımdır.
Bir gün bir nəfər Rəsulullahın (s) yanına gələrək dedi: – “Ya Rəsulullah! Ana-atanın övladları boyundakı haqqı nədir?” Sevimli Peyğəmbərimiz (s) belə buyurdu: "Onlar sənin Cənnət və Cəhənnəmindir. " (Ət-Tərğibu Vət-Tərhib, c.3, s.316)
Yəni onlara edəcəyin yaxşılıqlar və onlara qarşı vəzifələrini yerinə yetirməyinlə Cənnəti qazana bilərsən. Amma onlara qarşı vəzifələrini yerinə yetirməsən, Cəhənnəmə layiq olmuş olarsan.
Həzrət Əli (ə) belə buyurmuşdur: "Ana-ataya yaxşılıq etmək ən böyük fərizədır." (Ğurərul Hikəm, hədis: 4423)
İmam Sadiq (ə) "Allah ana-ataya yaxşılıq etməyi əmr etmişdir" ayəsini belə açıqlamışdır: "Yaxşılıq etmək onlarla yaxşı dolanmaq və ehtiyaclarını ağız açıb istəmədən yerinə yetirməkdir. .." (Əl-Kafi, c.2, s.157)
Rəsuli- Əkrəm (s) belə buyurmuşdur: "Kim ömürünün uzanmasını və ruzisinin bol olmasını (artmasını) istəyirsə, ana-atasına yaxşılıq etsin və qohumlarına sileyi rəhm etsin. (onlara baş çəksin) " (Ət-Tərğibu Vət-Tərhib, c.3, s.317)
Rəsuli-Əkrəm (s): "Qiyamət günündə yaxşıların ağası ölümlərindən sonra ana və atalarına yaxşılıq edən kəslərdir. " (Biharul Ənvar, c.74, s.86)
Səkkizinci İmamımız, İmam Rza (ə): "Ana-ataya yaxşılıq etmək vacibdir, hətta müşrik olsalar belə. Əlbəttə, Allaha üsyan olan şeylərdə onlara itaət edilməz. " (Biharul Ənvar, c.74, s.72)
Bura qədər ayə və hədislərdən ana və atanın ikisinə də yaxşılıq və itaət etməyin əhəmiyyəti aydın oldu. Lakin bir çox digər hədisdən aydın olur ki, ananın haqqı və ona yaxşılıq etmək daha əhəmiyyətlidir. Həmin hədislərin bəzisi bunlardır:
Bir gün bir nəfər Rəsulullahdan (s) soruşur: "Mən kimə yaxşılıq edim." Rəsulullah "anana" deyir. Sonra təkrar olaraq kimə deyə soruşduğunda yenə "anana" deyir. Həmin şəxs təkrarən soruşur. Rəsulullah yenə də "anana" deyir. Həmin şəxs yenə də (həmin sualı) soruşduqda, Rəsulullah bu dəfə "atana" deyə cavab verir. " (Əl-Kafi, c.2, s.159)
Rəvayətə görə, bir nəfər Rəsuli-Əkrəmin yanına gələrək "Ya Rəsulullah, mən çox pis işlər etmişəm, görəsən, mənim tövbəm qəbul olarmı?”-deyir. Rəsuli-Əkrəm "Görəsən, anan və ya atan yaşayırmı?” deyə soruşur. O da "Atam yaşayır" deyə cavab verir. Rəsuli-Əkrəm "Get və ona yaxşılıq et" deyir. Həmin şəxs çıxıb getdikdən sonra, Rəsuli-Əkrəm yanındakılara üzünü çevirərək belə buyurur: "Kaş ki, anası olaydı. Ona yaxşılıq etsəydi, tövbəsi daha tez qəbul olardı. " (Biharul-Ənvar, c.74, s.82)
Bir gün Həzrət Musa (ə) Allah-Taala ilə münacat edərkən Haqq-Taaladan Cənnətdəki yoldaşını özünə tanıtmağını istəyir. Haqq-Taala belə xitab edir: "Sənin Cənnətdəki yoldaşın filan məntəqədəki gəncdir.” Həzrət Musa gənci tapmaq üçün oraya gəldikdə, onun qəssablıq edən biri olduğunu görür. Həzrət Musa onu xəlvəti izləməyə başlayır ki, hansı əməl nəticəsində belə böyük bir mövqeni əldə etdiyini öyrənsin. Axşama qədər gözləyir, lakin onun üçün əhəmiyyətli olan və belə bir mövqeyə onu layiq edəcək bir əməli görə bilmir. Axşam olduqda gənc iş yerini bağlayıb evə getmək istədiyi zaman Həzrət Musa özünü tanıtmadan həmin şəxsdən o gecə onu qonaq etməyini istəyir. Həzrət Musa bu vasitəylə gecə boyunca gəncin yaxşı əməllərini izləməyi qarşısına məqsəd qoyur. Gənc Həzrət Musanın istəyini qəbul edib onu evinə aparır. Həzrət Musa evə girdikdə, gəncin hər şeydən əvvəl yemək bişirdiyini, daha sonra evdə olan və əli ayağı iflic qoca bir qadının yanına gələrək böyük bir səbir və şəfqətlə yeməyi loxma-loxma onun ağızına qoyaraq yedirdiyini, sonra paltarını dəyişdirdiyini, ehtiyacını aradan qaldırmasına köməkçi olduğunu, sonra da xüsusi yerinə yatırtdığını görür. Həzrət Musa (ə) o gecə səhərə qədər gəncin normal dini vəzifələrindən əlavə, fövqəladə bir əməl, ibadət, münacat və s. görmür. Səhər olduğu zaman isə, yenə gənc evdən çıxmadan o qadının yeməyini yedirir və digər ehtiyaclarını aradan qaldırmaqda şəfqətlə ona yardım edir. Vidalaşarkən Həzrət Musa gəncdən soruşur: "Bu qadın kimdir və sən ona yemək yedirərkən, gözlərini göy üzünə tutaraq nə söyləyirdi?" Gənc bu cavabı verir: "Bu mənim anamdır. Mən ona yemək verdiyim zaman haqqımda belə dua edirdi: "Allahım, bu xidmətlərin qarşılığında oğlumu Cənnətdə Həzrət Musanın yanında yoldaş et." Həzrət Musa da gəncə anasının duasının qəbul olduğu ilə müjdələyib, Haqq-Taalayla etdiyi münacatı ona izah edir."
Budur, ana-atanın haqqına riayət etmək belə feyzlərə insanı çatdırar. Əlbəttə, bütün bunlardan əvvəl, insanın mömin və təqvalı olması lazımdır.
Yenə Rəsuli-Əkrəmdən (s) belə nəql edilmişdir: "Cənnət anaların ayağı atındadır. " (Kənzul Ummal, hədis: 45439)
Bir başqa hədisdə: "Anaların ayaqlarının altı, Cənnət bağçalarından bir bağçadır" buyurulur.
Bu hədisin bir mənası budur ki, Cənnəti qazanmaq anaların könülünü qazanmaq, onlara yaxşılıq etməklə mümkün olar. Bir başqa mənası isə: "Analar istəsələr dünyanı yetişdirdikləri mömin və saleh övladlarla Cənnətə çevirə bilərlər. Uşaqların səadət və xoşbəxtliyinin təməl daşını qoyan analardır. Pislik və bədbəxtçiliklərinin ilk təməl daşını qoyan da, yenə analardır. Çünki niyyətləri, yedikləri tikələr, əməlləri, davranışları, iman və təqvası rəhmdəki (ana bətnindəki) uşağın üzərində də təsirlidir. Doğulduqdan sonra da uşaq ana və atanın, xüsusilə ananın bütün hərəkətlərini izləyib təqlid edir. Ananın verdiyi tərbiyə ilə uşağın qarşıdakı şəxsiyyəti yavaş-yavaş meydana gəlməyə başlayır. Buna görə Rəsulullah (s) belə buyurmuşdur: "Salehə bir yoldaşla evlənməsi bir kişinin səadətindəndir. " (Əl-Kafi, c.5, s.327)
Çünki ailənin və uşaqların səadəti böyük ölçüdə anaya bağlıdır.
Başqa bir hədisdə İmam Cəfəri Sadiq (ə) belə buyurmuşdur: "İffətli və həyalı bir anası olana nə xoşbəxtlik! " (Biharul Ənvar, c.23, s.79)
Budur, bütün bunlar ananın insan həyatındakı əvəzolunmaz rolunu və əhəmiyyətini göstərir. Bəli, ana həmçinin analığın bir müəllimdir. Buna görə də, onu imanlı yetişdirib cənnətlik etsə, onun bütün xeyirli əməllərində ortaq olar.
Rəsuli-Əkrəm (s) belə buyurmuşdur: "Əgər biri qız uşağını yaxşı bir şəkildə yetişdirib tərbiyə etsə, ona yaxşı bir təlim və tərbiyə verib gözəl və faydalı şeylər öyrətsə və onu Allahın verdiyi nemətlərdən faydalandırsa, o uşaq onunla Cəhənnəm arasında bir pərdə olar (Cəhənnəmə getməsinin qarşısını alar). " (Kənzul Ummal, hədis: 45391)
İmam Həsən Əskəri (ə) belə buyurmuşdur: "Allah-Taala Qiyamət günü bəzi ana və atalara mükafat verəcək. "Ey Rəbbimiz, bu mükafatları haradan qazandıq (layiq olduq) ? Bizim əməllərimiz buna layiq deyildi"-deyə soruşduqları zaman, bu cavab

teqlər
Oxşar məqalələr.
inmy
>Şərhlər #1 YazdıTARVERDI (27 December 2011 14:46)
Şəkil

Moderators
Şərhlər: 855
Nəşrlər: 500
ALLAH (c.c)-u razi olsun-
 
/divclear
>Şərhlər #2 YazdıSumeyya Musevi (28 December 2011 01:54)
Şəkil

Members
Şərhlər: 325
Nəşrlər: 63
Allah cumlemizden razi olsun inseALLAh,butun qadinlari hegigi musleman qadini,muselman anasi olmagi nesib etsin


--------------------------
Yene konlumde bir hicran,yene zulmet gecedir,Kimi yatmis kim oyaq,asiqin hesret gecedir... Bismillah,deyerek men ele aldim qelemi,Yari vesf eylemek uchun ele furset gecedir.Onu vesf eyleyirem,dinleyin ey eshq ehli,O bizi Xelq eleyendir,Ona xidmet gecedir.O Xudadir,O Sebrdir,O bilendir,O GORUR..Deme ki,kim gorecekdir meni xelvet gecedir..
 
/divclear
>Şərhlər #3 YazdıYa Erhammer Rahimin (28 December 2011 06:21)
Şəkil

Members
Şərhlər: 252
Nəşrlər: 0
Selamun Aleykum
ALLAH CEMI VALIDEYNLERI QORUSUN AMIN YA REBBEL ALEMIN


--------------------------
Varki kesler kimese, kimlerese, neyese neyinese gore arxalanir, qururlanir...Mense TEK OLAN ALLAHima siginir, ONA arxalanir, YALNIZ ONA TEVEKKUL edirem
 
/divclear
>Şərhlər #4 Yazdımason (28 December 2011 07:03)
Şəkil


Şərhlər: 1674
Nəşrlər: 115
tewekkur
 
/divclear
>Şərhlər #5 YazdıAl-Shia313 (28 December 2011 11:52)
Şəkil


Şərhlər: 752
Nəşrlər: 11
Es-Salamu Alaikum Ve Rehmetullah...Cox sagolun Allah razi olsun...
 
/divclear
>Şərhlər #6 YazdıZ_amin (7 January 2012 14:41)
Şəkil

Members
Şərhlər: 976
Nəşrlər: 36
Salam Aleykum.Allah bizleri sheytanin sherinden qorusun.sheytan vesvesesinden uzaq etsin Inshallah.Allah hidayet olunmamish valideynleri hidayet elesin ve gunahlarin bagishlasin.her bir valideyninde oz ovladinan razi salsin Inshallah.
 
/divclear
>Şərhlər #7 Yazdıorxan95 (18 January 2012 23:31)
Şəkil

Members
Şərhlər: 4
Nəşrlər: 0
ORDA VALIDEYN MUSTEHEB ISHLERDE ITAET SOZUNU BELE YAZMAQ LAZIMDIR KI,MUSTEHEB MESELLERDE ICAZE ALINSIN CHUN U HOKM DEYIL INSANA BURAXILAN TEKLIFDIR BUNU BU DOVRDA BELE DEMEK? KI XOMNEI DINI MECLISLERE QATIL DEYIR VES. BIR DE INSANAIN MESCID NAMAZ YAXINLASHMASININ VE PIS INSANLARA YAXINLASHMASININ ARASINDA FERQ VAR.GOZEL VALIDEYN DEYER ZIKR DEME.INDI BASHQA DAYANACAQLAR OLA BILER AMMA O VALIDEYNDEN GELEN PIS TESIRLER IINSANI PIS TEREF CHEKIR,CHUN GOZEL UREYI YAXSHI OLAN VALIDEYN NESE DEMEZ.QISACA MUSTEHEBB ISHLERDE INSANA TEKLIF OLUNAN BIR EMMELDIR.QURANDA DA VAR;MUSTEHEBB ISHLERDE VALIDEYNE ITAETI BUYURMUSHUQ INSANA .VECIB ISHLERDEN CHEKINDIRSE ITAET ETME
 
/divclear
Information
Members of Guests cannot leave comments.
Saytın loqosu
WwW.MuselmaN.Ws 2007-2012. .

Materiallardan istifadə zamanı istinad vacibdir.

   
div class=/li src=image style=/a src=imageimg src=/a /div