|
|
|
|
| Sayt sahibi olmaq istəyənlərə |
|
Indi saytda olanlar:
Istifadəçilər: 0
Axtariş robotları: 3
|
| Googlebot | Yandex | | Baidu Spider |
Qonaqlar: 30
Indi saytda: 33
Saytda sonuncu olanlar:
Son 20 Istifadeci: 20
|
| Bazar Ertəsi | 1178 |
| Cərşənbə Axşamı | 1223 |
| Cərşənbə | 1262 |
| Cümə Axşamı | 1155 |
| Cümə | 1120 |
| Şənbə | 1112 |
| Bazar Günü | 1088 |
|
| Cəmi Hit: | 25740 |
| Cəmi Host: | 264797 |
| Sizin Rekord: | 1684 |
|
| Ay üzrə Top10 Şərh yazanlar |
|
| Xeyriyyə buccəmizə pul kocur |
|
|
|
| |
|
|
|
|
 HƏQİQİ ƏHLİ-BEYT SEVƏRLƏR.
ALLAHA YAXINLAŞMA İNSANIN FİTRİ İSTƏYİDİR
İnsanın bəlkə də ən dərin fitri istəyi mənəvi kamilliyə çatmaqdır. İnsan daim fitri bir itkinin axtarışındadır. O, bir quş tək ilahi fəzada yüksəkliyə can atır. İnsan daha ali məqama çatmaq, Allah haqqında olan fitri biliyini həqiqi biliyə çevirmək arzusu ilə yaşayır. O, öz mərifətini artırmaq, içində hiss etdiyi boşluğu doldurmaq istəyir. Bu isə yalnız Allaha yaxınlaşmaqla mümkündür. Buna görə də, tarix boyu müxtəlif tayfalar mənəvi kamilliyə çatmaq üçün yollar aramış və bunu «irfan» adlandırmışlar. İrfan hissi bütün insanların fitrətinin dərinliyində mövcuddur. Amma bunun ən yüksək nümunəsi peyğəmbərlərin və övliyaların, xüsusi ilə İslam Peyğəmbəri (s) və Məsum İmamların (ə) fitrətindədir. Onların ardınca gedib göstərişlərinə əməl edənlər bu axtarışda daha asanlıqla müvəffəqiyyətə nail olurlar. Amma digər yollarda və məsləklərdə kifayət qədər yanlışlıqlar vardır. Daxilimizdəki Allaha yaxınlaşmaq istəyinə lazımi qədər diqqət yetirə bilsək, nəyin axtarışında olduğumuzu anlayarıq. Amma bu istək nəfsani istəklərin çəkdiyi pərdə arxasında qalsa elə zənn edəcəyik ki, axtardığımız pərdə önündə dayanmış nəfsin istəyidir. Hansı ki, fitri ehtiyac yalnız Allaha yaxınlıqdır. Səmavi kitablar və ilahi şəriətlər, eləcə də bütün peyğəmbərlər insanı mənəvi təkamül yoluna yönəldən ilahi vasitələrdir.
ƏHLİ-BEYT ARDINCA GEDƏN HƏQİQİ İRFANA ÇATIR
Nəfis və dəyərli olan şeylərin düşməni çoxdur. Çox qiymətli malın saxtası da çox olur. Məsələn, almaz çox qiymətli daş olduğundan digər daşları ona oxşadaraq almaz adı ilə satmağa çalışanlar çoxdur. Həqiqi irfana çatmaq üçün kamil ixlasa, düzlüyə və əzmkarlığa ehtiyac vardır. İrfanın da mərhələləri vardır. Hər kəs səy və tutumuna uyğun mərhələyə çata bilər. Mümkündür ki, milyon insan arasında yalnız bir neçə nəfər irfanın ali mərtəbəsinə çata bilsin. Qiymətli mala olan sevgi ona saysız-hesabsız müştəri toplayır. Müştərinin çoxluğu və həqiqi malın ələ gətirilməsinin çətinliyi saxta mal təklif edənlərin də sayını artırır. Təəssüf ki, müasir dünyamızda saxta irfan bazarı ayaq tutub yeriyir. Belə bir vəziyyətdə həqiqi irfanı necə təyin edək ki, son kamillik məqamına çata bilək? Bu mühüm məqsədə çatmaq üçün Əhli-beyti və onun məktəbini yaxşıca tanımaq və hər bir şeyin həqiqətini onun məhək daşında yoxlamaq lazımdır. Əldə edilən hər bir məlumat, qarşıya çıxan hər bir göstəriş Əhli-beyt buyuruqları ilə tutuşdurulmalı, bununla uyğun gələnlər həqiqət hesab olunmalıdır. Bu üsuldan istifadə etməklə bəşər tarixi boyu hazırlanmış təkamül proqramlarının nə dərəcədə faydalı olub-olmadığını müəyyən etmək olar. Bu mövzuda nəql olunmuş rəvayətlərdən biri də imam Sadiqin (ə) Əbdullah ibn Cündəbə vəsiyyətidir. Yaxın səhabələrdən olan Əbdullah ibn Cündəb yüksək mənəvi və irfani məqama nail olmuşdu. Bu vəsiyyətdə İmam (ə) doğru yol yolçularını qarşıdakı böyük təhlükələrdən xəbərdar edir. Şükürlər olsun ki, dinlərin ən kamili olan İslamı və İslamın ən kamil olan Əhli-beyt məktəbini seçmişik. Doğru yolu tapsaq da çox mühüm bir nöqtəyə diqqətli olmalıyıq.
DOĞRU YOL YOLÇUSU ÜÇÜN ƏN BÖYÜK TƏHLÜKƏ
Rahattələblik və tənbəllik həmişə insanladır. Bu xüsusiyyətlər bais olur ki, müəyyən bir təkamül pilləsinə qalxmış insan işini bitmiş bilib rahatca oturur. Hansı ki, təkamül nərdivanında yuxarı qalxdıqca yıxılmaq təhlükəsi daha da artır və insandan daha böyük diqqət tələb olunur. Dağın ətəyində dayanmış, yoxsa onun zirvəsinə dırmaşmış insan üçün təhlükə daha böyükdür? Təkamül yolunda bizim də vəziyyətimiz belədir. İslam dini və Əhli-beyt məktəbini seçmək müəyyən bir irəliləyiş hesab olunsa da, bu mərhələdə büdrəmək böyük təhlükələrə səbəb ola bilər. Şeytan böyük düşməndir. O and içib: «(Pərvərdigara) And olsun izzət və cəlalına, bütün insanları azdıracağam»(«Sad» surəsi, ayə 82.). Şeytanın məqsədi insanı doğru yoldan azdırmaqdır. Təkamül yoluna qədəm qoymamış insan azğın olduğundan şeytan belələrindən uzaqdır. Şeytan üçün kamilləşmək istəyən insan maraqlıdır. İnsan təkamül yolunda irəlilədikcə şeytan da öz səylərini artırır. Doğru din və doğru məktəb seçməklə əsl təkamül yolunu tutmuş insanla şeytan qatı düşməndir. Şeytan belə bir insana qarşı bütün qüvvələrini səfərbər etdiyi tək, insan da onunla mübarizədə səfərbər olmalıdır. Əsl çətinliklər qabaqda olduğundan bir addım qabağa getmiş insan arxayınlaşaraq ehtiyatı əldən verməməlidir. Şeytanın son nəfəsədək ondan əl çəkməyəcəyini bilən insan aqibətindən qorxmalıdır. İmam Sadiq (ə) buyurur: «Ey Əbdullah, şeytan bu aldadıcı dünyada öz tələlərini qurub. Onun bu işdə bizim dostları tələyə salmaqdan başqa məqsədi yoxdur». Əbdullah İmamın (ə) xüsusi dostlarından olduğu üçün imam mətləbləri geniş şərh etmir.
ƏHLİ-BEYT DOSTLARININ XÜSUSİYYƏTLƏRİ
1. Axirət sevgisi;
Sonra İmam (ə) öz dostlarının xüsusiyyətlərini şərh etməklə şeytanın hədəfə aldığı insanları tanıtdırır. Onların xüsusiyyətləri sadalanır. İlk xüsusiyyət budur: «Axirət onların nəzərində o qədər əzəmətlidir ki, onu heç vəchlə heç nəyə dəyişməzlər». Hansısa bir məqamda ya dünya, ya da axirəti seçmək zərurəti yaransa, onlar tərəddüd etmədən axirətə üstünlük verərlər.
2. Nurla dolu qəlb;
«Onların qəlbi necə də nurludur!» Bu təbirlə tanışlığımız Əhli-beyt maarifi ilə tanışlığımızdan asılıdır. İnsanın batini, onun qəlb və ruhu müxtəlif şeylərin saxlandığı sandıqça kimidir. Hisslərdə qüvvələr toplandığı kimi, bu sandıqçada da qüvvələr toplanmışdır. Hiss aləmi böyük və tanınmış qüvvələrin səhnəsi olduğu tək, insan qəlbi də mənəvi qüvvələrin səhnəsi, sığınacağıdır. Bu mənəvi nuraniyyət Allahın insana lütfüdür. Hər bir insan öz qəlbini nurlandırmaq ləyaqəti qazana bilər. Nurla dolu qəlbin əlaməti dünyaya və dünyanın bər-bəzəyinə rəğbətsizlikdir. Nurlu qəlbin bütün diqqəti mənəviyyat və axirətə yönəlmişdir. Əksinə, dünya həyatına könül verənlərin batini qaranlıq, gözləri həqiqətə qarşı kordur. Belələri dünyanın aldadıcı görkəminə aldanır.
3. Dünyapərəstlikdən çəkinmə;
«Dünyanı onları aldatmaq intizarında olan təhlükəli bir ilan kimi bilərlər». Zəhərli səhra ilanları digər canlıları aldatmaq üçün quyruqları üstə dik qalxarlar. İmam Sadiq (ə) dünyanı yol üstə dayanmış təhlükəli bir ilana bənzədir. «Dünya söz anlamayan düşmən kimidir». Dünya Əhli-beyt dostlarının nəzərində söz anlamayan məntiqsiz düşmən mislindədir; tovlayıb hakim olduğu insana rəhm etməz.
4. Allahla ünsiyyət.
«Onların ünsiyyəti Allahladır». Ünsiyyəti yalnız maddi istəklərlə olan dünyapərəstlərin ziddinə olaraq, Əhli-beyt dostları Allahla ünsiyyətdədirlər. Dünyapərəstlər üçün xəlvət bir otaqda iki rəkət namaz qılmaq zindanda cəlladın işgəncəsinə məruz qalmaq qədər ağırdır. Amma Allah dostları biganələrdən uzaq bir guşədə əsl məhbubla ünsiyyət intizarındadırlar. Onlar namaz vaxtını, gecə namazının vaxtını həsrətlə gözlər, Allahla raz-niyazdan böyük ləzzət alarlar. «Mütrüblərin, eyş-işrət əhlinin ünsiyyətdə olduğu şeylərdən qorxarlar. Həqiqi dost onlardır. Onlar həmin adamlardır ki, Allah onların vasitəsi ilə hər bir fitnəni aradan qaldırıb, hər bir bəlanı cəmiyyətdən uzaqlaşdırar». Quran və Əhli-beyt dilində «fitnə» sözü daha çox mənəvi, etiqadi, fikri nifaqa aiddir. İmam (ə) cəmiyyətdəki fikir və əqidə çaşqınlıqlarının Əhli-beyt dostları tərəfindən aradan qaldırıldığına işarə edir. İmam Sadiqin (ə) yuxarıdakı buyuruqlarından aydın oldu ki, Allahı tanıma və Onunla yaxınlıq, yalnız Əhli-beyt vilayəti sayəsindədir. Əhli-beyt vilayətinə malik olanların ilkin nişanəsi dünyaya etinasızlıqdır. Diqqətli olmaq lazımdır ki, dünyaya etinasızlıq bir küncdə oturub vəzifəyə əməl etmək deyil. Hər bir insanın vacib dünyəvi vəzifələri vardır. Məsələn, ruzi qazanmaq. Ruzi qazanmaq dünyapərəstlik deyil. İnsanın günün hər saatına uyğun bir vəzifəsi vardır. İnsan dünyaya aldanmadan öz vəzifəsini icra etməlidir. Həqiqi Əhli-beyt dostlarının nəzərində dünya kiçik, axirət isə böyükdür. İnsanlıq dünya işlərinə aldanmaqda yox, Allaha ibadətdədir.
ALLAH (C.C)-U BİZİM YAŞAYIŞIIMIZI PEYĞƏMBƏR (S.A.S) VƏ ƏHLİ-BEYT (S) YAŞAYIŞI KİMİ QƏRAR VERSİN İNŞHALLAH....

[/center]
|
|
| |
|
| |
|
|
| |
|
|
ALLAH (C.C)-RAZI OLSUN
--------------------
ALLAHUME SALLI ALE MUHAMMEDIN VE ALI MUHAMMED VE ECCIL FERECEHUM. |
|
|
|
|
|
| |
| : Baş redaktor |
Qeydiyyat: 21.02.2011 |
Nəşr sayı: 347 |
Fikirləri: 829 |
|
| |
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 3.02.2012 |
Nəşr sayı: 0 |
Fikirləri: 227 |
|
| |
|
|
| |
|
| #3: Z_amin | 5 Fevral 2012 06:11 |
|
Allah sizlerden razi olsun Yazan elleriniz var olsun
Dunya yalniz oyun oyuncaqdir.bizler ise burda qonaq kimiyik.bir gun hamimiz evi terk edeceyik Inshallahki terk edende axiret azuqesile boyuk bir nemetlernen gedeciyik.hansiki bizim xeyrimize olacaq qiyametde.
Hz.Eli (e) buyurub: bu dunyaya kecinin burnundan axan su qederde deyer vermirem.
Allah-taala buyurub;men dunyada hec bir rahatliq qoymamisham.men teecub edirem o bendeye ki bu dunyada rahatliq axtarir halbuki men bu dunyaya aqcaqanadin qanadi qeder deyer vermemishem.
|
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 20.08.2009 |
Nəşr sayı: 35 |
Fikirləri: 965 |
|
| |
|
|
| |
|
|
Sitat: Z_amin Allah-taala buyurub;men dunyada hec bir rahatliq qoymamisham.men teecub edirem o bendeye ki bu dunyada rahatliq axtarir halbuki men bu dunyaya aqcaqanadin qanadi qeder deyer vermemishem. aaa..Z_amin qardaw,tewekkurler..amma,bezi insanlar var ha,onlar chetinliye duwdukde,deyirler: -ya Rebbi,men bir gun de olsa,bu dunyada rahatliq tapmayacam?..(bu menim sifetim deyil ha,hemin adamlarin sifetidir) 
--------------------
SENI SECDEYE APARMAYAN EWQ CENNETE NECE APARSIN? |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 14.11.2011 |
Nəşr sayı: 22 |
Fikirləri: 1205 |
|
| |
|
|
| |
|
|
ALLAH RAZI OLSUN XEBERE GORE QARDASIM
--------------------
Haqsızliga bas qaldırmayanlar, haqsızlıqdan gelen her bir pisliye dozmelidirler. Hz. Əli (e) |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 7.01.2012 |
Nəşr sayı: 0 |
Fikirləri: 97 |
|
| |
|
|
| |
|
| #6: mason | 5 Fevral 2012 10:51 |
|
tewekkur
--------------------
Muhakime etmeyin,muhakime olunarsiz... |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 1.08.2011 |
Nəşr sayı: 132 |
Fikirləri: 1674 |
|
| |
|
|
| |
|
|
Leilaheillellah,ESITMISEM ELE SOZ AMA QINAMIRAM O INSANI.ELE INSAN VAR OVLADINDAN YARANA BILMIR,ELE INSAN VAR ANCAQ OZ RAHATLIGINI AXTARIR.MENCE QINAMA
|
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 3.02.2012 |
Nəşr sayı: 0 |
Fikirləri: 227 |
|
| |
|
|
| |
|
|
ALLAH TAALA BIZLERI EHLI BEYTLE MESHUR EYLESIN INSHAALAH....EYER LAIQIQSE((((((
--------------------
s-s |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 24.06.2011 |
Nəşr sayı: 0 |
Fikirləri: 356 |
|
| |
|
|
| |
|
| #9: Z_amin | 5 Fevral 2012 13:22 |
|
EsquZehra, AMIN INSHALLAH...
Leilaheillellah, bu dunyada momunlerin sebri olar ucun rahatciliq demekdir. Hansiki Xanim Zeyneb kerbelada dedi:Men gozellikden bashqa hecne gormedim |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 20.08.2009 |
Nəşr sayı: 35 |
Fikirləri: 965 |
|
| |
|
|
| |
|
|
ehh..duz deyirsiniz..
--------------------
SENI SECDEYE APARMAYAN EWQ CENNETE NECE APARSIN? |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 14.11.2011 |
Nəşr sayı: 22 |
Fikirləri: 1205 |
|
| |
|
|
| |
|
|
ALLAH razi olsun ALLAH Ehlibeyt lerini onu heqiqi sevenlerden qerar versin.Hifz edecek sebrimiz muqeddesdir dinimiz Ehlibeyt iyik soyleyecek dilimiz..
Samiranin ifasindaki REBBIM mahnisi dinlemeyenler dinlesin meslehetlidi
--------------------
Varki kesler kimese, kimlerese, neyese neyinese gore arxalanir, qururlanir...Mense TEK OLAN ALLAHima siginir, ONA arxalanir, YALNIZ ONA TEVEKKUL edirem |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 9.10.2011 |
Nəşr sayı: 0 |
Fikirləri: 252 |
|
| |
|
|
| |
|
| #12: Z_amin | 7 Fevral 2012 13:30 |
|
YaErhammerRahimin, Meslehete gore teshekkur. ama bele mahnilardan uzaq olun.musiqi ile Allaha catmaq olmaz.hec vaxt olmur.cunki sheytan insana gozel gosterir. Sheytan Allahdan azan isteyende Allah ona musiqi aletlerini verdi. qorxun ki musiqi ile ucalanda birden ordan bashi ashagi dushersiz....
|
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 20.08.2009 |
Nəşr sayı: 35 |
Fikirləri: 965 |
|
| |
|
|
| |
|
|
Zamin,sozleri nezerde tutulur,yaxshi sozleri var
--------------------
Varki kesler kimese, kimlerese, neyese neyinese gore arxalanir, qururlanir...Mense TEK OLAN ALLAHima siginir, ONA arxalanir, YALNIZ ONA TEVEKKUL edirem |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 9.10.2011 |
Nəşr sayı: 0 |
Fikirləri: 252 |
|
| |
|
|
| |
|
| #14: Z_amin | 9 Fevral 2012 07:07 |
|
sozlerine qalsa royada dini mahni oxuyar o demek deilki ondada qulaq asmaliyik.sozlerinin yaninda musiqiside var.mumkun deilki musiqiye diqet edmeden sozlerri eshidek |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 20.08.2009 |
Nəşr sayı: 35 |
Fikirləri: 965 |
|
| |
|
|
| |
|
| #15: mason | 10 Fevral 2012 11:22 |
|
Z_amin, Musiqi birmenali olaraq haram buyurulmuyub.insanlari cawdirmaq lazim deyil
--------------------
Muhakime etmeyin,muhakime olunarsiz... |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 1.08.2011 |
Nəşr sayı: 132 |
Fikirləri: 1674 |
|
| |
|
|
| |
|
| #16: Eshqin | 4 Mart 2012 14:08 |
|
Allah Razi Olsun
--------------------
Daha nə deyim bu dünyadan sənə Torpaqı səni alır içinə İçərək sərinlik tapdıqın suyu Torpaqa getmədən qüsul verir sənə. ( Müəllif : Günnur Məmmədov - Eshqin ) |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 30.01.2009 |
Nəşr sayı: 51 |
Fikirləri: 697 |
|
|
Məlumat |
|
| |
|
|
|
 |
|
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
|
|
|
|
|
|
|
|
|
| Sizcə hansı daha yaxşıdır ? həm qiymət həm keyfiyyət həm imkanklar cəhətdən |
|
| Ay üzrə Top10 Xəbər yazanlar |
|
|
|
|
|
|
|