|
|
|
|
| Sayt sahibi olmaq istəyənlərə |
|
Indi saytda olanlar:
Istifadəçilər: 0
Axtariş robotları: 4
|
| Googlebot-Image | Googlebot | | Yandex | Baidu Spider |
Qonaqlar: 23
Indi saytda: 27
Saytda sonuncu olanlar:
Son 20 Istifadeci: 20
|
| Bazar Ertəsi | 1115 |
| Cərşənbə Axşamı | 98 |
| Cərşənbə | 1262 |
| Cümə Axşamı | 1155 |
| Cümə | 1120 |
| Şənbə | 1112 |
| Bazar Günü | 1173 |
|
| Cəmi Hit: | 1413 |
| Cəmi Host: | 266095 |
| Sizin Rekord: | 1684 |
|
| Ay üzrə Top10 Şərh yazanlar |
|
| Xeyriyyə buccəmizə pul kocur |
|
|
|
| |
|
|
|
|
Muselman.ws saytınında yeni bir bölmə fəaliyətə başladı Bismillah deyib ilk qonağımızı dəvət eddik,bizim ailənin ilk qonağı İlahiyatçı Alim Ustad Rza Əzizoğlu oldu.
Ustadımız haqda məlumat Ustad Məmmədov Rza Əziz oğlu 1971-ci ilde anadan olub Qarabağ müharibəsi iştirakçısıdır. Əxlaq Elmləri üzrə tədqiqatçı alim

Ad:Ferid
Sual:Imam Hüseynin qiyamının səbəbi və niyə görə məhs İmam Hüseyin qiyam etdi məgər İmam Həsən Əleyhisalam qiyam edə bilməzdi? Ustadımızı salamlayır və cavablandırdığına görə təşəkkür edirəm
Cavab-Salam aleykum. Aşağıda qeyd edəcəyimiz üç səbəbin İmam Hüseyn əleyhissəlamın inqilabında böyük tə’siri olmuşdur:
1. İmam Hüseyn əleyhissəlamdan Yezid üçün bey’ət almaq və bu məqsədlə İmam Hüseyn əleyhissəlama təzyiqlər göstərmək qərarına gəlmişdilər. Tarixçilərin dediyi kimi hicrətin altımışıncı ili rəcəb ayının on beşində Müaviyə öldükdən sonra Yezid Mədinənin valisi Vəlid ibn Ütbə ibn Əbu Süfyana məktub yazdı ki, İmam Hüseyn əleyhissəlamdan onun üçün bey’ət alsın və bu işi əsla yubatmasın. Məktub çatan kimi Mədinənin valisi İmam Hüseyn əleyhissəlamı çağırtdırıb onu məsələdən agah etdi. İmam Hüseyn əleyhissalam beyətdən imtina etdi və rəcəb ayının 28-də ailəsi və Bəni–Haşimdən olan bir dəstə ilə birlikdə Mədinəni Məkkə məqsədi ilə tərk etdi və şə’ban ayının üçü Məkkəyə çatdı. Şəhərlər arasından məhz Məkkəni seçməyin səbəbi oranın əmin-amanlıq yeri olması idi. Bundan da əlavə, qarşıdan həcc mərasimi gəlirdi. Hacıların tez bir zamanda Məkkəyə yığılacağını nəzərə aldıqda, bu şəhər İmam Hüseyn əleyhissəlamın öz məqsədini müsəlmanlara çatdırması üçün ən münasib yer idi...
2. Kufə şəhərinin əhalisinin İmamı dəvət etmək qərarına gəldilər. Kufə şiələrinin başçıları, o cümlədən, Süleyman ibn Sürəd, Müsəyyib ibn Nəcəbə, Rüfaə ibn Şəddadi Bəcəli və Həbib ibn Məzahir İmam Hüseyn əleyhissəlama məktub yazıb onu dəvət etdilər ki, İraqa gəlib onlara rəhbərlik etsin. İlk məktub hicrətin 60-cı ili ramazan ayının 10-da İmam Hüseyn əleyhissəlama çatdı. Hər gün Kufənin müxtəlif şəxsiyyət və dəstələri tərəfindən məktublar gəlməkdə davam edirdi. Belə ki, İmam Hüseyn əleyhissəlama təkcə bir gündə altı yüz məktub gəlib çatdı. Məktubların ümumi sayı təxminən on iki minə çatırdı. Kufə camaatının dəvəti hadisəyə təzə bir cəhət verdi və İmam Hüseyn əleyhissəlam üçün yeni bir məs’uliyyət ortaya çıxdı. İmam Hüseyn əleyhissəlam belə bir nəticəyə gəldi ki, əgər Kufə camaatı bu cür həvəslə məni dəvət edirsə, onda mən də İraqa getməliyəm. Əgər vədələrinə vəfa etsələr, çox yaxşı, əgər vəfa etməsələr Mən ilahi vəzifəmi yerinə yetirməliyəm.
3. Əmr be-məruf və nəhy əz-münkər, yəni İslamın iki əsas şüarlarından olan “yaxşılıqlara dəvət” və “pisliklərdən çəkindirmək” məqsədi ilə İmam Hüseyn əleyhissalam qiyam etdi. İmam Hüseyn əleyissalamın Kərbəlaya daxil olduğu gün söylədiyi xütbədə buyurduğu kimi “dünyada yaxşılıqlar o qədər azalmışdır ki, sanki stəkanda su içdikdən sonra onun dibində qalan bir damcı su qədər yaxşılıq qalmışdır” Təbii ki, günahların insanlar arasında geniş yayılması və adiləşməsi İslamın özünün varlığına ciddi bir xətər idi. İmam Hüseyn əleyhissalam gördü ki. əgər qiyam etməzsə, onun özünün buyurduğu kimi “İslamın fatihəsi oxunmalıdır” İmam Hüseyn əleyhissalam öz qiyamı ilə, özünün və vəfalı qardaçlarının, vəfalı dostlarının şəhidliyi ilə İslam ağacını Qiyamətə qədər suvarmış oldu.
Allah Taala sizi müvəffəq eləsin.
--------------------------
Ad:Əli
Sual: İmam Hüseyin niyə Kərbelaya getdi ?
Cavab- Salam aleykum.
İmam Hüseyn əleyhissalamın Kərbəlaya getməsinin bir zahiri və bur batini səbəbi vardı.
Zahiri səbə bu idi ki, Kufə şəhərinin əhalisi İmam Hüseyn əleyhissalama on iki mindən çox məktub yazaraq İmamsız qaldıqlarını və İmamı oraya gələrək onlara rəhbərlik etməsini xahiş etdilər. İmam Hüseyn əleyhissalam öz əmisi oğlu Müslim ibn Əqili Kufəyə göndərdi. Kufədə 18.000 adam Müslimə İmamın elçisi olaraq beyət etdilər. Kufə şəhəri İraqdadır və Kərbəla ərazisi Kufənin yaxınlığındadır.
Batini səbəb isə budur ki, hədislərə əsasən bütün İlahi peyğəmbərlər İmam Hüseynə əza saxlayıblar. Mötəbər hədislərdə hətta Həzrət Muhəmməd səllAllahu əleyhi və alihin da İmam Hüseyn kiçik olarkən ona yas saxladığı barədə sənədlər mövcuddur. Elə İmam Hüseynin Kərbəlada şəhid olacağını Peyğəmbər (s) özü əvvəlcədən xəbər vermişdi və ona ağlamağı tövsiyə etmişdi. Hədislərin birində deyilir ki, mələk Cəbrayıl həzrət Peyğəmbərə nazil olaraq ona bir ovuc torpaq verdi. Peyğəmbər (s) bu torpağın haradan gətirildiyini soruşduqda, Allahın vəhy mələyi bunun Kərbəla çölündən gətirdiyini və onun nəvəsi İmam Hüseynin Kərbəlada şəhid olacağını deyir. Bu xəbərdən ağlayan Peyğəmbər (s) həmin torpağı xanımı Ümmü Sələməyə verir və deyir ki, bu torpaq qana bulaşsa Hüseynin şəhid olduğunu bilsin. Bu hadisənin üstündən neçə il ötdükdən sonra Aşura günü Ümmü Sələmə Peyğəmbərin (s) verdiyi torpağın qana bulaşdığını görür və küçəyə çıxıb fəryad edir.
Allah Taala sizi müvəffəq etsin.
--------------------------
Ad:Elvin
Sual:Niye görə bizə Ceferi deyirlər ?
Cavab- Salam aleykum.
Şiəlik həmin həqiqi İslamdır. Qalan məzhəblər Abbasilər sülaləsi hakimiyyətə gələndən sonar yaradılmışlar. Sünnülərin ilk məzhəbi Əbu Hənifənin yaratdığı “Hənəfi” məzhəbidir. Əbu Hənifə özü 6-ci imam Cəfər Sadiq əleyhissalamın tələbəsi olmuşdur. Məzhəblərin yaradılması əsasən İmam Cəfər Sadiq əleyhissalamın dövründə yaradıldığı üçün o vaxt şiələrə Cəfəri deməyə başladılar. Çünki həmin vaxt şiələr üçün zəmanənən imamı Cəfər Sadiq əleyhissalam idi.
Allah Taala sizi müvəffəq eləsin.
--------------------------
Ad:Xediceyi-kubra
Sual: "Kamil Hicab" nə deməkdir
Cavab - Salam aleykum.
Hicabın vacibi və müstəhəbbi hökmləri vardır. Vacibi hökmlər bundan ibarətdir ki, qadınlar üzləri və biləyə qədər əllərindən başqa hər yerini örtməsidir. Kamil hicab isə budur ki, qadın vacibi hökmdən əlavə müstəhəbbi hökmlərə də riayət etsin. Məsələn, çölə çıxanda üzündə kosmətik vasitələrdən istifadə etməsin, bədəninin həcmi heç görsənməsin deyə çadra geysin və sair.
Allah Taala sizi müvəffəq eləsin.
--------------------------
Ad :Fərid
Sual:ele bir dua varmi ki o duani edende Allah insane hecc ziyareti nesib etsin
Cavab-Salamun aleykum.
Mübarək Ramazan ayında oxunun 3 məşhur duadan biri insana Həccin qismət olması istəyi olan duadır. “Allahummərzuqni həccə beytikəl həram” Bu duanın mömin insane Ramazan ayı boyunca hər gün ixlasla oxuyarsa Allah Taala ona həcc nəsib edər.
--------------------------
Ad:Hacı_Fərid
Sual:İmam Hüseyin Besreye mektub yazdı bu mektubun mezmunu nədən ibarət olub ?
Cavab-Salam aleykum.
İmam Hüseyn əleyhissalam Bəsrə şəhərinə yazdığı məktubunda onları da Haqq hərəkatına dəstək olmağa dəvət etmişdi. İmam o cümlədən məktubda yazmışdı: “… Həqiqətən görürsünüz ki, sünnətlər öldürülmüş və bədətlər dirildilmişdir. Əgər mənə itaət etsəniz mən sizləri hidayət və tərəqqi yolların qovuşduraram…”
--------------------------
ad :Oruc Sual :meherremlik aylarinda niye mescidlerde sine doyulur İmam Hüseyn agaya mersiyeler deyilir?ondansa namaz qilinib ruhuna fatihe verib dualar edib dini sohbetler edilse daha imam heseyin aganin xoshuna gelib tanri qatinda savablarmizi atrmazmi?xaish edirem 1 siye momin qardash kimi cavablandirin indiden tesekurler
Cavab -Salam aleykum.
Məhərrəmlikdə
1- şəhidlər üçün çoxlu namaz qılmaq tövsiyə olunub, və möminlər bu namzları qılırlar.
2- şəhidlər üçün Quran oxunmaq tövsiyə olunub və hazırda bütün məscidlərdə, hüseyniyyələrdə İmam Hüseyn əleyhissalama və şəhidlərə Quran oxunur.
3- çoxlu tövsiyyələr edilib ki, Məhərrəmlikdə ehsanlar verin, kasıblara yardım edin, susuzlara su verin…
4- bununla belə İmamlar əzadarlıq məclisləri təşkil ediblər, sinə vurublar
5- İmamlar insanlara mərsiyə deməyi tövsiyə ediblər, İmam Cəfər Sadiq əleyhissalam mərsiyə deyənlərə çoxlu pul və hədiyyələr verib. İmam Rza əleyhissalam onun yanına gələrək mərsiyə demiş Diibil adlı şairə öz köynəyini və 1000 dirhəm pul hədiyyə verib
6- İmam Hüseyn əleyhissalama ağlamaq həzrət Muhəmməd səllAllahu əleyhi və alihdən həm nəql edilib, həm də sevimli Peyğəmbərimiz İmam Hüseyn əleyhissalamın şəhid olacağını bildirərək özü dəfələrlə ağlayıb. Bütün İmamlar şəhidlərə ağlayıblar.
Allah Taala sizi müvəffəq eləsin.
--------------------------
Ad:Samir
Sual-Menim atam vefat eddi ve onun ucun meyid namazi qilinmadi indi onun ucun indi namaz qila bilerem ya yox
Cavab-Salam aleykum.
Allah Taala atana rəhmət eləsin, günahlarını bağışlasın, yerini cənnətdə qərar versin.
Bəli, onun qəbri üstünə get və orada meyyid namazı qıl. Bacarmasan bacaran bir möminlə gedin atana namaz qılın.
Allah Taala sizi müvəffəq eləsin.
-------------------------
Ad:Efsane
Sual:Gece namazinin qilinma qaydasin zehmet olmasa yazin tam açıq sekildə
Neçə neçə saytlara baxmisham amma ki tapmamisham öncədən təşəkkür edirəm
Ustadimiza
Cavab-Salam aleykum.
Gecə namazının qılınma qaydası
Imam Sadiq (ə) buyurur: "gecə namazı ruzunu çoxaldar"
Imam Sadiq (ə) başqa bir hədisdə buyurmuşdur: "Gecə namazı qılan şəxs, ac qaldığını güman edərsə, yalan demişdir. Çünki gecə namazı günün ruzusunun zaminidir"
Ayətullah-ul-uzma Sistaniyə ərəbcə ünvanlanmış sualların birində gecə namazının qılınma qaydası soruşulur. Verilən cavabda Ayətullah-ul-uzma Sistani buyurur:
Gecə namazı 11 rükətdir, fəzilətli vaxtı gecənin son 1 / 3 hissəsidir.
İlk 8 rükət “gecənin nafiləsi” niyyəti ilə qılınır - 4 ədəd 2 rükətli namaz şəklində və bunların qılınma qaydası sübh namazına oxşayır. 1-ci rükətdə "Fatihə" və "Ixlas", 2-ci rükətdə "Fatihə" və "Kafirun" surələri oxumaq müstəhəbdir. Qunutda dua edilir, Həmçinin insana zülm verən zalımın cəzalandırılması barədə də Allaha dua etmek olar. Hər iki rükətlinin axırında təşəhhüd və salam verilir. Nafilələrin axırında Həzrəti Fatimənin (s.ə) zikrini demək savabdır.
Sonra 2 rükət "şəf'" namazı qılınır. 1-ci rükətində "Fatihə"-dən sonra "Nas", 2-ci rükətində "Fatihə"-dən sonra "Fələq" surələri oxunur, qunut tutulmaz.
Axırda 1 rükət "vitr" namazı qılınır. "Fatihə"-dən sonra 3 dəfə "Ixlas" və 1 dəfə "Fələq"-lə "Nas" surələri oxunur. Sonra qunut tutulur, 40 nəfər möminin bağışlanması üçün dua edilir,(Allahumməğfir li, Allahumməğfir … adları sayırsan),
sonra 70 dəfə istiğfar edilir(əstəğfirullahə rabbi və ətubu iləyh),
sonra 7 dəfə "hazal-məqamul-aizu bikə minən-nar" deyilir,
sonra 300 dəfə "əl-əfv" söylənir, ruku, səcdələr, təşəhhüd və salam yerinə yetirilir.
Gecə namazından sonra oxunması savab olan müstəhəbbi dualar da var.
Gecə namazı vacib deyil, müstəhəb olduğundan, indiyə kimi qıldığınız gecə namazlarında səhv olsa belə, qətiyyən günah qazanmırsınız. Əksinə, bilməyərəkdən səhvə yol verdiyinizə görə, Allah düzgün gecə namazının savabını Sizə verər İnşallah. Amma bundan sonra bu namazın qılınma qaydalarına riayət etməyiniz lazımdır
Allah Taala sizi müvəffəq eləsin.
-------------------------
ad :Raqif Sual :salam nedir ve salamin menasi ilk salami kime verilib
Cavab-Salam aleykum.
Salamın mənalarından biri budur ki, “məndən sənə ziyan dəymaz”. Yəni insane qarşısındakı insane salam verməklə onu rahat olmağa dəvət edir.
Salamın başqa bir mənası “sənə xeyir və əmin-amanlıq arzulayıram”
Salamın başqa bir mənası “Allahın xüsusi bir rəhmətini sənə arzu edirəm”
Bu və başqa mənaların hamısı Salam sözünün içində mövcuddur.
Allah Taalanın ilk yaratdığı şey həzrət muhəmməd səllAllahu əleyhi və alihin nurudur. Allah ilk Salamı dab u pak və məsum nura verib. (Allah daha yaxşı bilir)
Allah Taala sizi müvəffəq eləsin.
--------------------------
ad :raqif Sual :Sizce şagirdin derslerine gore Namazi qilib atmagi gunahdirmi?
Cavab-Salam aleykum.
Nə dərs nə də iş insanın namazı atmaqğına səbəb ola bilməz. Namazı heç bir halda tərk etmək olmaz. Siz görün ki, İmam Hüseyn əleyhissalam Kərbəlada Aşura günü döyüşün artasında düşmənin qarşısında durub namaz qıldı…
Heç vaxt namazı tərk etməyin.
Allah sizi müvəffəq etsin.
--------------------------
ad :MÜSLÜM Sual :SALAM. EGER NAMAZDA TESEHHUDUN DEYILIB DEYILMEMESINDE ŞƏKK OLUNSA NE EDILMELIDIR? TEQLID XOMENEI AGAYADI
Cavab-Əleykə Salam və rəhmətullah.
İnsan namazı bitirdikdən sonra təşəhhüdü deyib deməməkdə şəkk edərsə bu şəkkə etina etməsi lazım deyil.
Allah sizi müvəfəq eləsin.
--------------------------
ad :Tural Sual :1)salam,ehli sunneye iqdida etmek olarmi eger onlar esr namazini yaxud diger namazlari camahat(sohbet vehdetden gedirse egerqilsa namaz caizmi?) qilirlarsa olmazsa sebebi ve sherhi mumkunse.2)sie eqidesinde sirk ne sayilir eger biri ya HZ HUSEYN komey ol demesi yaxud gelmisem qapiva mene komek olma kimi demek sirkmi?cavablandirsaniz minnetdaram essalamu aleykum ve rehmetullahi ve bereketu
Cavab-Salam aleykum.
1) Təqiyyə üzündən, həmçinin vəhdət yaratmaq məqsədi ilə Əhli-sünnəyə istida etmək olar.
2) Şirk budur ki, insan Allahı birdən çox bilə, yəni 2 Allah (odpərəstlər kimi), 3 Allah (xristianlar kimi) ….qərar verə. Və yaxud da kimisə ya nəyisə Allah ilə eyni səviyyədə bilə.
İmam Hüseyn əleyhissalamdan eləcə də Peyğəmbərdən və başqa imamlardan, saleh əməlii möminlərdən kömək istəməyin şirkə aidiyyəti yoxdur. Çünki Biz bütün Peyğəmbərləri və İmamları, eləcə də şəhidləri, saleh möminləri Allahı qulu bilirik.
Əhli-sünnənin və vəhhabilərin 1 nömrəli səhih kitabı olan Səhihi-Buxaridə oxuyuruq:
“Osman ibn Hünəyf deyir: mən Peyəmbərin yanında idim, gördüm ki, Allahın Rəsulu bir nəfərə dua və təvəssül etmətin yolunu öyrədir. Peyğəmbər belə buyururdu: əvvəlcə dəstəmaz al, sonra Allahı belə çağır: Allahım, mən səndə istəyirəm, sənin rəhmət peyğəmbərin olan Peyğəmbərinin vasitəsilə üzümü sənə tutmuşam. Ya Muhəmməd, mən üzümü sənə tutmuşam və Allahdan hacətimi verməsini istəyirəm, Allahım, Peyğəmbəri mənə şfaətçi qərar ver.”
Səhihi Buxari 2-ci cil 16-cı səhifə
Səhihi ibn Xəzimə 2-ci cild 338-ci səhifə
Sünəni Tirmizi kitabud-dəəvat 13-cü cild 80-cı səhifə
Sünəni ibn Macə kitabu iqamətissəlat vəs sunnətu fiha 1385-ci hədis
Həmçinin Əhli-sünnənin ən mötəbər tarixləri yazıblar ki, həzrət Muhəmməd səllAllahu əleyhi və alih Ühüd döyüşündə meydanda tək qalanda o tərəfdə kafir Bəni-üməyyə ilə döyüşən Əli əleyhissalama səsləndi: “Ya Əli, mənə kifayət et, məni bu zalım dəstənin əlində qurtar”
Əgər sevimli peyğəmbərimiz Əli əleyhissalamdan kömək istəyibsə biz necə istəməyək?!
Allah sizi müvəffəq etsin.
--------------------------
ad :Heci Sual:Duzgun destamaz in qaydasi necedir
Cavab-Salam aleykum.
Qurani-Kərim Maidə surəsinin 5-ci ayəsində buyurur: “Ey iman gətirənlər, namaza durduqda üzlərinizi və dirsəyə qədər əllərinizi yuyun, başınıza və iki ayaqlarınızın üzərinə ayaqlarınızın üstündəki qabarıq yerə qədər məsh çəkin…”
Allah Taala sizi müvəffəq eləsin.
--------------------------
ad :mirqiyas Sual :salam.islamda aq baliq yemek haramdi?bele bir soz deyir nenemki sunuksuz baliq yemek haramdi olmaz. gerek sumuklu olsun. bunu cox adamdan estmisem.indi deyin gorek dogurdandami ag baliq yemek haramdi?yoxsa yalan sozdu?QURANDA AYE VAR AQ BALIQIN HARAM OLMASI BAREDE?
Cavab-Əleykə Salam və rəhmətullah.
İslam şəriətinə əsasən balıqların haram ya halal olmasını təyin edən amil onların pullu və pusluz olmalarıdır. Pullu balıqları yemək halal, pulsuz balıqları isə yemək haramdır.
Qurani-Kərimdə hər bir şey haqqında var. Sadəcə hər bir mövzunun həqiqətini üzə çıxarıb demək yalmız evimli peyğəmbərimiz həzrət Muhəmməd səllAllahu əleyhi və alihə, eləcə də 12 İmama məxsusdur.
Allah Taala sizi müvəffəq eləsin.
--------------------------
ad :Mehriban Şirinova Sual :Bilmek isterdim bu il ayin 9-10 dekabrin meni ve nishanlimi bir gonagliga devet eliyibler ( Almanyanin birinci Adventi geyd olunur) musiqisiz ancag yemek yemeye dostlarnan,sadece oturub söhbet edib sham yemeyi edeceyik,tebiiki alkohol olacag, ama menle nisanlim alkohol ve sigaret cekmiriy, ama bu Meherremlik ayina düshür, agir günler sehv etmiremse dekabrin 6na düshür, ama biz dekabrin 9u ve 10u devet olunmushug, Sizden xahisim odurki mene meslehet veresiz biz ora gedek yoxsa yox.
Cavab-Əleyki Salam və rəhmətullah.
Harada olsanız Allah Taala Öz lütf və mehribanlıq nəzərini sizdən əskik etməsin.
Əgər o məclisi getməyiniz zəruri və vacib deyilsə getməsəniz yaxşıdır. Amma o məclisə getməyə məcbursunuzsa, və ya zəruridirsə onda o məclisə gedə bilərsiniz, bu şərtlə ki. Zərurət həddindən artıq oturmayasınız.
Allah Taala sizi xoşbəxt eləsin
--------------------------
ad :Gulbeyaz Sual :MƏN QISMƏT HAQQINDA ÇOX YAZILAR OXUMUŞAM AMA ÇOX ŞEYLƏRİ ANLAMIRAM.YƏNİ BƏZƏN İNSANIN HƏYATINDA YAXŞI BİR HADISƏ BAŞ VERDİKDƏ DEYİRLƏRKİ BU SƏNİN ZƏFƏRİNDİ İNSAN QISMƏTİNİ ÖZÜ YAZIR,AMA BƏZƏNDƏ PİS BİR HADISƏ BAŞ VERDİYİNDƏ DEYİRLƏKİ BU ALIN YAZISIDI,BU SƏNİN QİSMƏTİNDİ SƏNLİK BİR ŞEY DEYİLDİ.BİLİRSİZ NECƏ MƏN ƏSƏS EVLİLİK MƏSƏLƏSİNDƏ ÇOX TƏRƏDDÜTLÜYƏM MƏN 2 İL BUNDAN ÖNCƏ BAŞIMA GƏLƏN BİR HADISƏNİ SİZƏ DANIŞIM.MƏN BİR GÜN EVƏ GƏLƏRƏKƏN BİR OĞLAN MƏNƏ YAXINLAŞDI VƏ TANIŞLIQ TƏKLİF ETDİ VƏ TƏBİİKİ MƏN BUNU RƏDD ETDİM AMA OĞLAN ƏL ÇƏKMƏDİ GÜNLƏRCƏ AYLARCA GƏLİB BİZİM BİNAMIZIN HƏYƏTİNDƏ OTURURDU MƏNİ GÖRMƏK ÜÇÜN,MƏN İSƏ ONU ÖZÜMƏ YAXINLAŞDIRMIRDIM VƏ TANIŞLIQ TƏKLİFİNİ QƏBUL ETMİRİM ÇÜNKİ ÖZ ÖZMƏ DÜŞÜNÜRDÜMKİ MƏN NECƏ KÜÇƏDƏ OĞLANLA TANIŞ OLA BİLƏRƏM BUNU ÖZMƏ YARAŞDIRMIRDIM HƏM HİCABLI HƏMDƏ NAMAZ QILAN BİR XANIMAM ONA GÖRƏDƏ BELƏ ŞEYLƏRDƏN UZAQ DURURAM.ÜSTÜNDƏN BİR MÜDDƏT KEÇDİ VƏ OĞLAN DAHA GƏLMƏDİ BİR NECƏ İLDƏN SORA İSƏ EŞİTDİMKİ HƏMİN OĞLAN BİR BAŞQASI İLƏ EVLƏNİB İNDİ RƏFİQƏLƏRİMLƏ SÖHBƏT ETDİKDƏ OLAR MƏNƏ YANLIŞ ELƏDİYİMİ DEYİRLƏR DEYİRLƏRKİ O ÇOX YAXŞI İNSAN İDİ AİLƏSİNƏDƏ ÇOX GÖZƏL BAXIR,ÇOX
XOŞBƏXTDİRLƏR SƏNDƏ BU XOŞBƏXTLİYƏ LAYİQ İDİN AMA SƏN ÖZNƏ BUNU ÇOX GÖRMƏDİN..İNDİ MƏN ELƏDİYİM HƏRƏKƏTƏ GÖRƏ PEŞMAN DEYİLƏM SADƏCƏ DÜŞÜNRƏMKİ GÖRƏSƏN O HƏQİQƏTƏNMİ MƏNİM QİSMƏTİM İDİ YOXSA BU BELƏDƏ OLMALIYDI YƏNİ O MƏNİM QİSMƏTİM DEYİLDİ?BELƏ ŞEYLƏR ÇOX BAŞIMA GƏLİR YƏNİ NƏ BİLİM YOLDA TANIŞ OLMAQ İSTƏYƏN ZAD HƏTTA BİR DƏFƏ BİR XANIM YOLDA MƏNƏ YAXINLAŞDIKI QİZİM SƏN ÜRƏYİMƏ ÇOX YATDIN ÇOX XOŞUM GƏLDİ SƏNDƏN, EVİNİN ADRESİNİ VER GƏLİM SİZƏ.MƏN İSƏ YENƏ ETİRAZ ETDİM BELƏ ETİRAZ ETMƏLƏRİM ONA GÖRƏDİRKİ MƏN İNSANLARA İNANA BİLMİRƏM,OLARA GÜVƏNƏ BİLMİRƏM ONA GÖRƏDƏ EVLƏNMƏK HAQDA DÜŞÜNƏ BİLMİRƏM.AMA BEYNİMDƏKİ BU SUALLAR MƏNİ ÇOX YORUR.MƏN NƏYİN TALE NƏYİN QİSMƏT OLMADIĞINI ANLAMIRAM.BƏLKƏDƏ ÇOX UZUN YAZDIM SİZİDƏ YORDUM AMA FİKİRİMİ AYDINLAŞDIRMAQ ÜÇÜN BELƏ UZUN UZADI YAZDIM.CACABLANDIRSAZ ÇOX SEVİNƏRƏM ÇÜNKİ BUNA ÇOX EHDİYACIM VAR ALLAH RAZI OLSUN ALLAHA ƏMANƏT OLUN.
Cavab -Salam aleykum.
Camaatın bəziləri arasında məşhur olan alın yazısı deyilən mövzu düz deyil.
Sizin başınıza gələn birinci hadisədə siz doğru hərəkət etmisiniz. Küçədə kiminləsə tanış olmaq İslam əxlaqına və insane aölına ziddir. İnsan öz qismətini ağlı və imanı ilə əldə edir. İnsan bu dünyada öz yolunu seçməkdə azaddır. Qurani-Kərim İnsan surəsində buyurur: “Biz insana yolu göstərdik, indi o özü bilər. İstəyir şükr edənlərdən olsun, istəyir küfr edənlərdən olsun.”
Əsas budur ki, insan öz məsləhətini düzgün seçə bilsin.
İkinci hadisədə də siz o qadını evinizə dəvət edə bilərdiniz, siz onunla və ailəsi ilə məlumatlanmalı, oğlanın kimliyinə bələd olmalı, onsan sonra nəzərinizi deyə bilərdiniz.
Allaha çoxlu dua edin,Ondan sizə saleh əməlli həyat yoldaşı nəsib etməsini istəyin.
Allah Taala sizi xoşbəxt eləsin.
--------------------------
ad :Meherrem Sual :Imam Mehdi kimdir ve onun zühurunun elametleri o zühur etdikden sonra nələr olacaq
Cavab-Salam aleykum.
İmam Mehdi əleyhissalam 12-ci imamdır. Hal hazırda qeybdədir. Allah istədiyi vaxt zühur edəcək, zülm və haqsızlıqla dolmuş yer üzünü ədalət və haqqla dolduracaq.
Zühurun ən məşhur əlaməti möminləri kamil imanlı və əxlaqlı, eləcədə qüdrətli olmalarıdır.
İmam zühur edəndən sonra yer üzündə xoşbəxtlik həyatı olacaq.
Allah Taala sizi müvəffəq eləsin.
--------------------------
ad :XEDICEYI KUBRA
Sual :Bismillah.Əleykisalam nə deməkdir ? Bu sözü İslam alimlərinə demək olarmı ?
Cavab : Əleyki Salam və rəhmətullah. Əleyhissalam yəni “ona Allahın salamı olsun” Bu sözü əslində hər bir yaxşı insane demək olar, amma bu tarix boyu belə bir adər almışdır ki, əleyhissalam sözünü yalnız Əhli-beytə aid ediblər. Yaxşı olar ki, biz də onların yolu ilə gedən, və əleyhissalam sözünü yalnız Əhli-beytə deyək. Allah Taala sizi müvəffəq eləsin.
Saytımıza verdiyi müsahibəyə görə Ustadımıza Muselman.ws saytı adından dərin təşəkkürümüzü bildiririk...
Təşəkkür Edənlər (12): gunahkar bende15, MUSELMAN, sems, mason, XEDICEYI KUBRA, Nigar3929, xalide9848, Le ilahe illellah, Zahra gulu, Z_amin, Ya Xanim_Zehra, S_)(_A
|
|
| |
|
| |
|
|
| |
|
|
Bismillahir Rahmanir RAhim Selamun Aleykum bah bah bah eeeeeeeeeeeela ALLAH razi olsun |
|
|
|
|
|
| |
| : Adminstrator |
Qeydiyyat: 22.06.2007 |
Nəşr sayı: 635 |
Fikirləri: 1876 |
|
| |
|
|
| |
|
| #2: mason | 4 Dekabr 2011 01:54 |
|
ALLAH RAZI OLSUN.AMA BIR WEYE INANMAQ OLMURKI BUTUN ILAHI PEYGEMBERLER IMAM HUSEYN (E.S)-MA EZA SAXLIYIB.EN DOGRUSUNU ALLAH BILIR.
--------------------
Muhakime etmeyin,muhakime olunarsiz... |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 1.08.2011 |
Nəşr sayı: 132 |
Fikirləri: 1674 |
|
| |
|
|
| |
|
|
ALLAH RAZI OLSUN......COOOOOOOOX TESEKKUR EDIREM. |
|
|
|
|
|
| |
| : Qonaq |
Qeydiyyat: -- |
Nəşr sayı: 0 |
Fikirləri: 0 |
|
| |
|
|
| |
|
|
Peygambarlarin imam Huseyna aglamalari danilmaz bir heqiqatdir. Hatta ahli-sunnanin sanad kitablari da bu heqiqati subut etmishlar. Qurani-Kerim Baqara surasinin 37-ci ayesinda hazrati Ademin tovbasinin yalniz "hli-beyta Muhammad, Ali, Fatima, Hasan va Huseyn aleyhissalamlara tavassul etdikdan sonra bagishlandigi deyir. Bunu butun mazhablari Tafsir kitablari yazmishlar.
ustad Rza Azizoglu ustad114@gmail.com |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 9.11.2011 |
Nəşr sayı: 0 |
Fikirləri: 4 |
|
| |
|
|
| |
|
| #5: mason | 4 Dekabr 2011 04:49 |
|
qardawim Quranda ele bil wey yoxdu o ki qaldi tefsire.tefsiri alimler yazir.alimlerinde neye xidmet etdiyi melum deyil.
--------------------
Muhakime etmeyin,muhakime olunarsiz... |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 1.08.2011 |
Nəşr sayı: 132 |
Fikirləri: 1674 |
|
| |
|
|
| |
|
|
Tafsirlar hazrat Muhammad sallAllahu aleyhi va alihdan olan sahih hadislari naql ediblar. Shia alimlari har zaman haqqa xidmat ediblar. Ayrilarinin naya va kimima xidmat etmalarinin biza aidiyyati yoxdur. |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 9.11.2011 |
Nəşr sayı: 0 |
Fikirləri: 4 |
|
| |
|
|
| |
|
|
Allah razi olsun ustaddan. Allh Taala bela alimlari bashimizin ustundan askik etmasin Manim har chatin sualim olanda ustada maktub yaziram. Qurban olum 14 masuma Allahumma salli ala Muhammadin va Ali Muhammad |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 4.12.2011 |
Nəşr sayı: 0 |
Fikirləri: 1 |
|
| |
|
|
| |
|
|
Bah bah na gozal cavablar Allah sizdan choooooooooooooooox raziiiiiiiiiiiiii olsun. Allah Taala bizim hamimizin imanini kamil etsin. Allah bizlari Imam Huseynin dostlarindan qarar versin. |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 4.12.2011 |
Nəşr sayı: 0 |
Fikirləri: 1 |
|
| |
|
|
| |
|
|
mason, Salam qardas.Qurani tefsirile oxumasaq hec ne basa duse bilmerik axi....Sehv basa duserik?Cunki bir cumlenin bir nece tefsiri ola biler.Meqsedim munaqise yaratmaq deyil(birden eseblesersiniz ona gore deyirem) |
|
|
|
|
|
| |
| : Qonaq |
Qeydiyyat: -- |
Nəşr sayı: 0 |
Fikirləri: 0 |
|
| |
|
|
| |
|
| #10: mason | 4 Dekabr 2011 09:08 |
|
XEDICEYIKUBRA, aleykum salam bacim.bacim bir weye diqqet yetir.Qurani Kerimde 2 cur- mohkem ve mutawabeh ayeler vardir.yeni sade insanlar mohkem yeleri oxuyub nese bawa duwurler.o ki qaldi mutawabeh ayelere.hemin ayelerde mohkem ayeler vasitesile tefsir olunur.elbetdeki adi, siravi, elmsiz insan bunu bacarmaz.bunu ancaq peygemberler,imamlar,alimler ve birde agil sahibleri eliye bilerler.bizim zemanemizde peygemberolmadigina gore,imamimizda qeyde olduguna gore iw qalir alimlere.bizim zemanede ise mezheb ayriliglari var.her alim qurani oz mezhebine uygun tefsir edir.gedin iki alimi muqayise eliyin .biri ehli sunne biri shia alimi gedin bir oxuyun onlarin tefsirlerini.inanin bawinizi itirersin.heresi bir soz daniwir.demeli geriye ne qalir agil.agilli insan hec bir tefsir oxumur.Qurani Kerimi oxuyur ve bawa duwduyu qeder emel elemeye caliwir.inanki insan bele movqeyde olsa Allah (c.c) onu muvveffeq eder duzgun qerar cixarmaga.inwAllah ne demek istediyimi bawa duwdunuz.Allaha emanet olun.eesalamu aleykum ve rehmetullahi ve bereketuh.
mason, o ki qaldi eseblwmeye men Allahin qullarina eseblewmirem bunu yadda saxliyin.
--------------------
Muhakime etmeyin,muhakime olunarsiz... |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 1.08.2011 |
Nəşr sayı: 132 |
Fikirləri: 1674 |
|
| |
|
|
| |
|
|
mason, Bismillah. Elbette basa dusdum.Coooox gozel aciqlama verdiniz.Allah elminizi artirsin.Dogru deyirsiniz ferqler var adam cas bas qalir.Insallah Imam Zaman aga geler Qurani O,tefsir eder.
Mezhebleri de birlesdirer. |
|
|
|
|
|
| |
| : Qonaq |
Qeydiyyat: -- |
Nəşr sayı: 0 |
Fikirləri: 0 |
|
| |
|
|
| |
|
|
ALLAH hacidan razi olsun . bele alimleri bizlere chox gormesinler |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 8.06.2010 |
Nəşr sayı: 0 |
Fikirləri: 89 |
|
| |
|
|
| |
|
|
BismillahALLAH razi olsun! Men amma,sual vermemiwem. Yene de tewekkurler... 
--------------------
SENI SECDEYE APARMAYAN EWQ CENNETE NECE APARSIN? |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 14.11.2011 |
Nəşr sayı: 22 |
Fikirləri: 1206 |
|
| |
|
|
| |
|
| #14: mason | 5 Dekabr 2011 00:15 |
|
XEDICEYIKUBRA, cox sag olun .Allah (c.c) hamimiza komek olsun inwAllah
--------------------
Muhakime etmeyin,muhakime olunarsiz... |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 1.08.2011 |
Nəşr sayı: 132 |
Fikirləri: 1674 |
|
| |
|
|
| |
|
|
Salam Aleykum BU seraiti bizlere yaratdiginiz ucun Allah her birinizden razi olsun. Cox gozel idi. Ruhum qidalandi.
--------------------
Наступает весна, мусульманки пожалуйста не оголяйтесь!
Ведь по улице идет чей то брат,отец,женатый человек не создавайте фитны. |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 10.05.2011 |
Nəşr sayı: 152 |
Fikirləri: 249 |
|
| |
|
|
| |
|
| #16: Z_amin | 5 Dekabr 2011 04:51 |
|
SALAMUN ALEYKUMM ALLAHIN SALAMI REHMETI VE BEREKETI OLSUN MOMUN VE MOMUNELERIN UZERINE......
Peygember (s) sual verdiler: Ya Peygember.biz niye qurani oxuyanda tam anlaya bilmirik?ozumuz istediyimiz kimi basha dushmuruk? Peygember (s) buyurdu: Eger Qurani her oxuyan basha dushseydi onda ALLAH biz Peygember ve Imamlari yer uzune gondermezdi. Yeni sizlerin bize ehtihaci olmazdi. |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 20.08.2009 |
Nəşr sayı: 35 |
Fikirləri: 965 |
|
| |
|
|
| |
|
|
Salam aleykum!Bu weraiti bize yaratdiginiz uchun,size tewekkur edirem... 
--------------------
SENI SECDEYE APARMAYAN EWQ CENNETE NECE APARSIN? |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 14.11.2011 |
Nəşr sayı: 22 |
Fikirləri: 1206 |
|
| |
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 18.07.2011 |
Nəşr sayı: 1 |
Fikirləri: 9 |
|
| |
|
|
| |
|
| #19: mason | 23 Dekabr 2011 06:57 |
|
.
--------------------
Muhakime etmeyin,muhakime olunarsiz... |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 1.08.2011 |
Nəşr sayı: 132 |
Fikirləri: 1674 |
|
| |
|
|
| |
|
| #20: S_)(_A | 13 Fevral 2012 07:18 |
|
men ustadi cooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo ooooooooooooooox sevirem.rza qardawimizdan ALLAH razi olsun.
--------------------
bade seba derdimi yarima yetirmedi geldi babam heyf ol ESGERI getirmedi. amma ZEHRA cani yar apardi sebrimi EKBERIM gelmedi qaz menimde qebrimi
salam olsun Agamizin (s) ellere duwen eline,salam ola aganin qefleten sinan beline,salam ola Aganin (s) bikomek olan canina,deyib daw alni sinanda dayammayan qanina.salam ola o gozdereki lexle lexle qan doldu.o qanli gozdereki Zeyneb baxib bawini yoldu((( |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 4.08.2011 |
Nəşr sayı: 32 |
Fikirləri: 498 |
|
|
Məlumat |
|
| |
|
|
|
 |
|
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
|
|
|
|
|
|
|
|
|
| Sizcə hansı daha yaxşıdır ? həm qiymət həm keyfiyyət həm imkanklar cəhətdən |
|
| Ay üzrə Top10 Xəbər yazanlar |
|
|
|
|
|
|
|