|
|
|
|
| Sayt sahibi olmaq istəyənlərə |
|
Indi saytda olanlar:
Istifadəçilər: 0
Axtariş robotları: 3
|
| Googlebot | Baidu Spider | | Googlebot-Image |
Qonaqlar: 37
Indi saytda: 40
Saytda sonuncu olanlar:
Son 20 Istifadeci: 20
|
| Bazar Ertəsi | 1115 |
| Cərşənbə Axşamı | 104 |
| Cərşənbə | 1262 |
| Cümə Axşamı | 1155 |
| Cümə | 1120 |
| Şənbə | 1112 |
| Bazar Günü | 1173 |
|
| Cəmi Hit: | 1618 |
| Cəmi Host: | 266101 |
| Sizin Rekord: | 1684 |
|
| Ay üzrə Top10 Şərh yazanlar |
|
| Xeyriyyə buccəmizə pul kocur |
|
|
|
| |
|
|
|
|
 Şanına xələl gətirməyən Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: “Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik («Nəhl» surəsi, 68-ci ayə). Ərəb dilində felin istifadə olunan formasından mübtədanın hansı cinsə aid olduğunu müəyyən etmək olur. Qeyd olunan ayədən də belə məlum olur ki, bal istehsalı yalnız dişi cinsinə mənsub olan arıların üzərinə düşür. Bu həqiqət müasir dövrümüzdə məlum olsa da, Qurani-Kərimdə buna14 əsr əvvəl işarə olunmuşdur. Ailə tərkibi Normal ailədə öz çəki və ölçüsü ilə digərlərindən fərqlənən ana arı yaşadığı dörd il ərzində fevral ayından başlayaraq, soyuqlar düşənədək gündəlik 1000-2000, bir fəsildə isə 200 000-250 000 yumurta qoyur və bu müddət ərzində onların çəkisi kəskin şəkildə dəyişir. Ana arı yuvasından çıxandan 7-10 gün sonra özünəməxsus qoxu verərək erkək arıları cütləşməyə sövq edir. Mayalandıqdan 4 gün sonra yumurta qoymağa başlayır. Zifaf uçuşu Cütləşmə zamanı yetişəndə ana arı hər gün saat on birlə üç arasında açıq səmaya şaquli üçüş edir. Onun həsrətində olan yüzlərlə erkək arı yuvanı tərk edərək, həmin arını təqib etməyə başlayır. Amma cütləşmək yüzlərlə namizəddən yalnız birinə nəsib olur. Bu xoşbəxtlik bir o qədər də uzun çəkmir, erkək arı cütləşdikdən dərhal sonra ölür. Zəhmətkeş fəhlə sinfi Əsas yük işçi arıların üzərinə düşür. İşçi arıların cinsi olmasa da, dişi cinsin xüsusiyyətlərinə malik olur. Buna baxmayaraq onlar nəsilartırma iqtidarında olmurlar. Sayı və çəkisi ilin fəslindən asılı olaraq dəyişən işçi arılar sürfələrin qidalandırılması, yuvanın qorunması, təmizlənməsi, temperaturunun və rütubətinin tənzimlənməsi və mühafizəsi ilə məşğul olurlar. İşçi arıların ömrü onların ilin hansı fəslində yumurtadan çıxmalarından və necə işləmələrindən asılı olur. Mülayim hava şəraitində işçi arı gün ərzində 9-10 uçuş edir və hər dəfə yuvaya 30-40 mq nektar və ya 10-15 mq toz gətirir. İşçi arı hər uçuşa 1 saat vaxt sərf edir və hər uçuşun arasında 15 dəqiqə fasilə verir. Güclü ailələrdə hər gün 35 000 arı uçuş edir ki, bu da 10-12 kq nektarın toplanması deməkdir. Adi halda 35 gün yaşasalar da, yuvada bala artımı olmadıqda bir il də yaşaya bilirlər. İşçi arılardan başqa, yuvada ildə cəmi 19-30 yumurta qoyan fəhlə arılar da yaşayır. Fəhlə arılar ana arılardan fərqli olaraq, yumurtaları yuvanın dibinə deyil, divarına qoyur. Ortada yeyib qıraqda gəzənlər Öz həmcinslərinə nisbətən cüssəli və tünd rəngdə olan erkək arılar isə yalnız ana arının mayalanması üçün yararlı olur. Bu səbəbdən də işçi arılar mayalanma dövründə onları qidalandırsa da, həmin müddət başa çatandan sonra onları yuvadan qovur. Arılar bunun öhdəsindən gələ bilmədikdə isə bu işi arıçılar yerinə yetirirlər. Qədim zamanlarda baldan konservant kimi istifadə olunardı. Soyuq havada donmayan, eləcə də qızmar havada xarab olmayan balın içinə tez xarab olan qida məhsulları qoyar və uzaq məsafələrə daşıyardılar. *Hər bir canlının, eləcə də arıların özünəməxsus müdafiə üsulu var. Bu, arının arxa tərəfində yerləşən tikanıdır. Arı təhlükə hiss etdikdə həmin iynədən istifadə edir, amma insanın dərisi möhkəm olduğundan, arı tikanını çıxara bilməyib daxili orqanlarının bir hissəsini tikanla birlikdə qurban vermək məcburiyyətində qalır və bu onun ölümü ilə nəticələnir. Bu səbəbdən də arıçılar qutunun ağzını açanda süni tüstüdən istifadə edirlər. Bunun da maraqlı bir tarixcəsi var. Sən demə, arılar qədim zamanlarda meşələrdə yaşamış və ağaclarda özlərinə yuva qurmuşlar. Meşə yanğınını hiss etdikdə isə qarınlarına 3-4 günlük bal ehtiyatı yığıb yuvalarını tərk etmişlər. Qarınları dolu olduqda arılar arxalarındaki tikanı işə sala bilmir, bu isə arıçılara rahat işləmək imkanı verir. Həyat iksiri Oksidləşmə verdiyi üçün balı dəmir qabda saxlamaq olmaz. Yaxşı olar ki, bal şüşə, gil, taxta, və ya saxsı qabda saxlanılsın. Balın tərkibinə yüksək vitaminlərlə zəngin olan 65-80% fruktoza və saxaroza daxildir. Bundan əlavə, balın tərkibində bütün başqa minerallar da var. Odur ki, balı +600 temperaturda istifadə etmək olmaz. Bal bir çox daxili və xarici xəstəliklərin dərmanıdır. Qədim zamanlarda baldan göz xəstəliklərinin müalicəsində də istifadə olunmuşdur. Acqarına içilən bal şərbəti hafizənin güclənməsinə, qan dövranının və təzyiqinin normallaşmasına müsbət təsir göstərir. Bal həm də sinir sisteminin normal işləməsinə, yuxu pozuntusunun qarşısını almağa kömək edir. Cəmi 100 qram bal özündə 300-350 kalori saxlaya bilir. Təbii məhsullar arasında bal 4 əsrə qədər xarab olmadan qalan yeganə qida məhsuludur. Gün ərzində 5 yaşa qədər uşaqlar -20 qram, 8 yaşına qədər -50 qram, 9-14 yaşlarında - 80 qram bal qəbul edə bilərlər. Bal, yoxsa şərbət? Balın xarlanması təbii prosesdir. Bu onun keyfiyyətinə və tərkibindəki faydalı maddələrə heç bir təsir göstərmir. Unutmayın ki, xarlanmış balı əvvəlki vəziyyətinə qaytarmaq üçün qızdırmaq olmaz! • Xalis baldan gül ətri gəlməli, qatı və bir qədər yandırıcı dada malik olmalıdır. • Xalis bal qaşıqdan tez süzülməməli, spiralvari şəkildə axaraq, qovurcuqlar əmələ gətirməlidir. • Növündən asılı olaraq müxtəlif rənglərdə olmasına baxmayaraq, balın içində hava qovurcuqları olmamalıdır. • Qaşıqla baldan bir qədər götürüb şaquli istiqamətdə yuxarı qaldırdıqda yapışqan kimi ətrafa sıçramamalı və qırılmadan qaba süzülməlidir. • Açıq çaya bir qədər bal əlavə edin. Əgər sizi aldatmayıblarsa, çayın rəngi tündləşəcək, dibində isə çöküntü qalmayacaq. • Su ilə qarışdırılmış balın üzərinə 4-5 damcı yod əlavə edin, əgər məhlul göyərərsə, deməli aldığınız bal xalis deyil. • Xalis balın tərkibində su olmamalıdır. Şərbət qarışdırılmış bal yüksək rütubətə malik olur. Bunu isə belə yoxlamaq olar: balın içinə bir parça çörək atın, 8-10 dəqiqə sonra yenidən çıxarın. Əgər çörək yumşalarsa, deməli bal xalis deyil.
|
|
| |
|
| |
|
|
| |
|
| #1: mason | 20 Yanvar 2012 14:09 |
|
Tewekkur
--------------------
Muhakime etmeyin,muhakime olunarsiz... |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 1.08.2011 |
Nəşr sayı: 132 |
Fikirləri: 1674 |
|
| |
|
|
| |
|
|
COX SAQ OLUN..NAHAQ YERE QURANI KERIMDE ARI SURESI YOXDUR KI...ARI BALI DERMANDIR DERMAN! EYER TAPILSA-INDI ONA ELE QARISHIQLAR QATIRLARKI-SATANDA DA UTANMAZ UTANMAZ AND ICIRLER KI TEMIZDIR! SUDE SU QATANI-BALA SHERBET QATAN AXIRETDE BU ELEDIKLERI QARSHILARINA QOYULACAQ VE EMR EDILECEK KI-EY FILANKES!INDI BUNLARI AYIR!--ONDA NECE OLACAQ!!!!!!!ALLAH RIYAKARCASINA HEREKET EDENLERI HIDAYET ELESIN...
--------------------
s-s |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 24.06.2011 |
Nəşr sayı: 0 |
Fikirləri: 356 |
|
| |
|
|
| |
|
|
EsquZehra, Es-Salamu Alaikum Ve Rehmetullah...Allah hidayet elesin...
Xebere gore minnetdaram...Allah razi olsun....
--------------------
Hicab Mehbusu!!!(1998) |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 20.08.2011 |
Nəşr sayı: 3 |
Fikirləri: 742 |
|
| |
|
|
| |
|
| #4: Z_amin | 21 Yanvar 2012 08:17 |
|
SALAM ALEYKUM Ve Rehmetullah. ALLAH Sizlerden razi olsun. Teshekkur edirem ... |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 20.08.2009 |
Nəşr sayı: 35 |
Fikirləri: 965 |
|
| |
|
|
| |
|
|
uzun maqala olduguna gora sora oxuyaram subhem yoxdu ku,yax4i maqaladi tsk :)
--------------------
Huseyne yerler aglar,goyler aglar, ~~~~~~~~~~~~~ Resuli Mustafa Peygember de aglar.... |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 10.12.2011 |
Nəşr sayı: 1 |
Fikirləri: 98 |
|
| |
|
|
| |
|
| #6: sems | 21 Yanvar 2012 10:03 |
|
ALLAH RAZI OLSUN COX GOZEL MEQALEDIEsquZehra, YAMAN YANIQLISIZ BACIM NOLUB  |
|
|
|
|
|
| |
| : Galirli istifadeci |
Qeydiyyat: 13.12.2009 |
Nəşr sayı: 104 |
Fikirləri: 544 |
|
| |
|
|
| |
|
|
hec men bunlari bilmirdim meslehete gore sag ol |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 22.01.2012 |
Nəşr sayı: 0 |
Fikirləri: 43 |
|
| |
|
|
| |
|
|
Sitat: sems YAMAN YANIQLISIZ BACIM NOLUB SEMS BACIM SALAM...SEBEBIN DEYIMDE )))TEMZ BAL TAPA BILIREM O UZDN)))))TAPSAN MENE YOLLA LAZIMDIR)))) Al-Shia313, Sitat: Al-Shia313 Es-Salamu Alaikum Ve Rehmetullah VA ALEYKUM SALAM...NECESEN>?SHEMS BACI NE DYIRE...SEN BILERSEN INDI TEMIZ BALIN KILOU NECEYE OLAR VE YAXUDDA VAR KI))))))))
--------------------
s-s |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 24.06.2011 |
Nəşr sayı: 0 |
Fikirləri: 356 |
|
| |
|
|
| |
|
|
Allah razi olsun.
--------------------
XANIMLAR XANIMI FATIME ZEHRA(S.E) |
|
|
|
|
|
| |
| : İstifadəçi |
Qeydiyyat: 6.01.2012 |
Nəşr sayı: 1 |
Fikirləri: 29 |
|
|
Məlumat |
|
| |
|
|
|
 |
|
|
 |
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun! |
|
|
|
|
|
|
|
|
|
|
| Sizcə hansı daha yaxşıdır ? həm qiymət həm keyfiyyət həm imkanklar cəhətdən |
|
| Ay üzrə Top10 Xəbər yazanlar |
|
|
|
|
|
|
|