Tam ad: Elmir Qeydiyyat tarixi: 5 Oktyabr 2008 10:20 Son ziyaret: 4 Sentyabr 2010 16:47 qrup: Admin
Reytinq:
85
Yashayish yeri: Baki ICQ nomresi: 449314221 haqqinda: Allah Haminizin Duasini,Namazini,Orucunu,Hecc Ziyaretini Ve.S Ibadetlerini Qebul Etsin Ve Her Kesin Ureyince Versin Insallah.. Eger menimle elaqe saxlamaq isteyen varsa emalimi yaziram.: qeio@bk.ru ve ahli-beyt@bk.ru
Hansı ayda olduğumuzu yada salmaq və durumumuzu bərəkətləndirmək üçün bəhsimizi Ramazan ayı ilə bağlı mübarək və şirin bir mövzudan başlayaq. Nəql edirlər ki, mübarək Ramazan ayinin gəlişi ilə əlaqədar olaraq, Həzrət Peyğəmbər (s) müsəlmanlara xütbə oxuyardu. Həzrət Əli (ə) buyurur: «Mübarək Ramazan ayının gəlişilə bağlı Peyğəmbər (s) bizlərə belə bir xütbə oxudu: “Ey camaat, doğrudan da Allah-Təalanın ayı öz rəhmət, mərhəmət və bərəkəti ilə sizlərə üz gətirib. Bu elə bir aydır ki, günləri Allahın yanında ən gözəl günlər, gecələri ən gözəl gecələr, saatları ən gözəl saatlar, özü də ayların ən gözəlidir”
Ramazan ayının əhəmiyyəti nədir? Bu mövzuda imam Rəbbani həzrətləri buyurur: Mübarək Ramazan ayı çox şərəflidir. Bu ayda edilən, nafilə namaz, zikr, sədəqə və bütün nafilə ibadətlərə verilən savab başqa aylarda edilən fərzlər kimidir. Bu ayda edilən bir fərz, başqa aylarda edilən yetmiş fərz kimidir. Bu ayda bir orucluya iftar verənin günahları bağışlanar. Cəhənnəmdən azad olar. O oruclunun savabı qədər ayrıca buna da savab verilər. O oruclunun savabı heç azalmaz.
Buyurun ardında bu sualın cavabını daha geniş şəkildə öyrənin
İmam Əli (ə): «(Allah) əcəlləri (ömrün müddətini) təqdir edib, müəyyənləşdirib. Bəzilərini uzun və Bəzilərini qısa edib və bir qismini arxaya atıb və bir qismini qabağa salıb. Onların amillərini ölümə bağlayıb (əcəlin sona çatmasının səbəblərini hazırlayıb)».